Birbank kartları ilə bağlı limit və komissiya dəyişikliyi

Yenilənmiş köçürmə limitləri və komissiya şərtləri ilə tanış olun:
1 iyul 2025-ci il tarixindən etibarən Birbank kartlarında şəxsi vəsaitlər üzrə aşağıdakı dəyişikliklə qüvvəyə minir:
Ay ərzində bütün Birbank kartlarınızdan ümumi şəxsi vəsaitiniz üzrə bankımıza məxsus bankomatlardan nağdlaşdırma və digər yerli bank kartlarına köçürmə limitiniz 2000 AZN* ekv. olacaq. Bu limit çərçivəsində bankomatlarımızdan nağdlaşdırma və ya yerli bank kartlarına köçürmə pulsuzdur.
Qeyd: Bu limit birdəfəlik ödənişlərə aid edilmir.
Eyni zamanda təyin edilmiş 2000 AZN-lik ekv. limiti keçdiyiniz halda, bu əməliyyatlar üçün 1% komissiya hesablanacaq (minimum 1 AZN/USD/EUR).
*Təyin olunmuş limit fərdi qaydada, müştərinin istifadə davranışına əsasən müəyyən edilir. Aylıq limitə bir müştəriyə məxsus bütün Birbank kartları üzrə bankımıza məxsus bankomatlardan/POS-terminallarından və QR-kod vasitəsilə nağdlaşdırma, ölkə daxili digər kartlara/ cari hesablara köçürmə əməliyyatları daxildir.
Nümunə:
Tutaq ki, siz ay ərzində 2500 AZN ekv. şəxsi vəsaitinizi nağdlaşdırmısınız və ya yerli karta köçürmüsünüz. Bu halda, 2000 AZN-lik ekv. hissə pulsuz, 500 AZN-lik ekv. hissə üçün isə 1%, yəni 5 AZN ekv. komissiya hesablanacaq.