Birbank kartları ilə bağlı komissiya dəyişikliyi

Paylaş:

2025-07-01

Yenilənmiş komissiya şərtləri ilə tanış olun:

1 iyul 2025-ci il tarixindən etibarən Birbank kartlarında şəxsi vəsaitlər üzrə aşağıdakı komissiya şərtləri qüvvəyə minir:

Ay ərzində bütün Birbank kartlarınızdan ümumi şəxsi vəsaitinizdən 5000 AZN-dək məbləğin Bankımıza məxsus bankomatlardan nağdlaşdırılması və yerli bank kartlarına köçürülməsi pulsuzdur.

Ümumi məbləğ 5000 AZN-i keçərsə, bu əməliyyatlar üçün 1% komissiya hesablanacaq
(minimum 1 AZN/USD/EUR).


Nümunə:
Tutaq ki, siz ay ərzində 5200 AZN şəxsi vəsaitinizi nağdlaşdırmısınız və ya yerli karta köçürmüsünüz. Bu halda, 5000 AZN-lik hissə pulsuz, 200 AZN-lik hissə üçün isə 1%, yəni 2 AZN komissiya hesablanacaq.