Birbank Cashback kartlarında aylıq keşbek qazancı ilə bağlı məlumat

Paylaş:

2023-12-30

Siz Birbank Cashback taksit kartınızla ödənişlərinizdən ay ərzində 500 AZN-dək keşbek qazanacaqsınız. Topladığınız keşbekləri kartınıza köçürə və ya mobil, kommunal, internet və digər ödənişlərinizdə istifadə edə bilərsiniz. Birbank Cashback debet kartlarında isə keşbek toplanmasını bir qədər yeniləyirik.

Birbank Cashback debet kartı
1 yanvar 2024-cü ildən Birbank Cashback debet kartı ilə ay ərzində maksimum 100 AZN keşbek qazanacaqsınız.

Birbank Cashback taksit kartı
Birbank Cashback taksit kartı əldə etməklə isə ödənişlərinizdən 500 AZN-dək keşbek qazanmağa davam edəcəksiniz.

Nümunə:
Tutaq ki, sizin Birbank Cashback taksit kartınız var. Kartda sizə ayrılmış kredit xətti mövcuddur. Siz istər bu kredit xəttindən xərclədikdə, istərsə də kartınıza köçürdüyünüz şəxsi vəsaitinizdən ödənişlər etdikdə ay ərzində 500 AZN-dək keşbek qazanacaqsınız.


Birbank Cashback taksit kartını buradan sifariş edə bilərsiniz.
 
Birbank Cashback debet və Birbank Cashback taksit kartları
Əgər siz həm Birbank Cashback debet, həm də Birbank Cashback taksit kartına sahibsinizsə, bu halda ay ərzində ümumilikdə 500 AZN keşbek qazana bilərsiniz.

Nümunə:
Tutaq ki, sizin Birbank Cashback debet kartınız var. Siz bu karta öz pulunuzu yerləşdirərək günlük ödənişlərinizdə istifadə edirsiniz. Ay ərzində bu kartınızla 100 AZN keşbek qazanmısınız. Sizin həm də Birbank Cashback taksit kartınız olduğu üçün bu kartınızla ay ərzində 400 AZN keşbek toplaya bilərsiniz. Yəni Birbank Cashback taksit və debet kartlarınızla ümumilikdə ay ərzində maksimum 500 AZN keşbek qazanmış olacaqsınız.


Keşbek kateqoriyaları
Keşbek qazanmağınız üçün biz sizə hər ay keşbek kateqoriyaları təklif edirik. Siz bu kateqoriyalardan 2-sini seçməklə ay ərzində ödənişlərinizdən keşbeklər qazana bilərsiniz.

Seçdiyiniz kateqoriyalardan biri “Bütün ödənişlər” kateqoriyasıdırsa, Birbank Cashback debet kartı ilə ay ərzində 100 AZN-dək, Birbank Cashback taksit kartı ilə isə 500 AZN-dək keşbek qazanacaqsınız.

Əgər seçdiyiniz kateqoriyalar arasında “Bütün ödənişlər” yoxdursa, həmin kateqoriyalarla həm Birbank Cashback debet, həm də Birbank Cashback taksit kartınızla ay ərzində 50 AZN-dək keşbek qazana bilərsiniz.

Birbank keşbek partnyorları
Birbank keşbek partnyorlarında ödənişlər zamanı həm Birbank Cashback debet, həm də Birbank Cashback taksit kartlarınızdan əvvəlki qaydada — ayda 500 AZN-dək keşbek qazanmağa davam edəcəksiniz.

Nümunə:
Tutaq ki, siz Birbank Cashback debet kartınızla ay ərzində 45 AZN məbləğində keşbek qazanmısınız. Bu halda həmin ay Birbank keşbek partnyorlarında etdiyiniz alış-verişlərdə əlavə olaraq 455 AZN keşbek də qazana bilərsiniz. Yəni ay ərzində ümumilikdə maksimum 500 AZN keşbek toplanacaq.

Birbank keşbek partnyorları ilə burada tanış ola bilərsiniz.