Mikro kredit

Kiçik bizneslə məşğul olan şəxslər üçün nəzərdə tutulan Kapital Bank mikro-kreditləri ilə mövcud biznesinizi sərfəli ödəmə şərtləri və aşağı faiz dərəcələri imkanı ilə inkişaf etdirin.

  • 1 000 - 100 000 AZN Kredit məbləği
  • 16%-dən başlayaraq İllik faiz dərəcəsi
  • 36 ayadək Kredit müddəti
  • Annuitet Ödəniş növü

Müraciət forması

Şəxsiyyət Vəsiqəsinin FİN kodu

Yeni Şəxsiyyət Vəsiqəsinin FİN kodu

Faiz dərəcəsi təminat və kredit tarixçəsinə əsasən təyin olunur

1000 100 000
6 ay 36 ay
16 % 28 %

Aylıq ödəniş

935.94

Sifariş et

Mikro Kredit

Mikro Kredit nədir?

Mikro kreditlər kiçik və orta biznes və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün nəzərdə tutulan kredit növüdür. Kapital Bank-ın təklif etdiyi mikro-kreditləri uyğun şərtlər daxilində əldə edə bilərsiniz. Müraciət formasını dolduraraq online şəkildə yaxud filiallarımıza yaxınlaşaraq kredit sifarişinizi bildirə bilərsiniz.

Kreditin məbləği nə qədərdir?

Mikro kreditlər üçün kreditin məbləği 1000 - 100 000 AZN olaraq nəzərdə tutulmuşdur. Krediti əldə etməklə, öz biznesinizi daha yaxşı inkişaf etdirə və sərfəli ödəmə şərtləri eyni zamanda aşağı faiz dərəcələri ilə rahatlıqla ödənişlərinizi tamamlaya bilərsiniz.

İllik faiz dərəcəsi nədir?

Mikro kreditlər üçün illik faiz dərəcələri 16% -dən başlayır. Faiz dərəcəsi təminat və kredit tarixçəsinə görə dəyişə bilər. Sərfəli illik faiz dərəcəsi ilə mikro kredit əldə etmək üçün online və ya filiallarımıza yaxınlaşaraq kredit müraciətinizi edə bilərsiniz. 

Kreditin müddəti nə qədərdir?

Mikro Kredit əldə etmək üçün kredit müddəti 36 ayadək nəzərdə tutulmuşdur və maksimal məbləği 100 000 AZN-dir. Kredit ödənişləri annuitet olaraq hissələrə bölünməklə ödənilir. Girov və zaminə ehtiyac olmadan kreditinizi əldə edə bilərsiniz.

Mikrokredit almaq üçün tələb olunan keyfiyyətlər hansılardır?

Mikro kredit əldə etmək istəyən şəxslər üçün başlıca şərtlər minimum 12 ay sahibkarlıq və peşə fəaliyyəti ilə məşğul olmalıdır, VÖEN hesabına malik olmalıdır və yaşı 20 - dən yuxarı olmalıdır. Krediti əldə edə biləcəyiniz filiallar və şəhərlər: Sumqayıt, Qara Qarayev, Nizami, İnşaatçılar, Gəncə KM, Goranboy, Abşeron, Qəbələ, Nərimanov, İmişli, Bərdə, Masallı, Tovuz, Lənkəran, Salyan, Zaqatala, Ağcabədi, Şəki, Cəlilabad, Mingəçevir, Quba, Xaçmaz, Şəmkir, Bakıxanov və Xəzər. Mikro kredit xəttini genişləndirmək üçün və daha çox ərazidə müştərilərimizə xidmət göstərmək üçün filial şəbəkəmiz genişlənməkdə davam edir.

Mikro kreditin üstünlükləri nələrdir?

Kapital Bankdan mikro kredit əldə etməyin bir sıra üstünlükləri var. Kredit əldə etmək istəyən şəxs yaşayış yerini tərk etmədən online şəkildə kredit sifarişini verə bilər və kredit müraciəti etmək üçün girov və zaminə ehtiyac duyulmur. Həmçinin filial şəbəkələrimizin geniş olması sizə daha yaxın xidmət almaqda yardım edəcək və güzəştli kredit aylarından istifadə etmək imkanından yararlana biləcəksiniz.