Necə etməli?
Rəqəmsal depozitlə bağlı bütün əməliyyatlar yalnız Birbank mobil tətbiqi vasitəsilə həyata keçirilir. Filiallara müraciət edərək depozit açmaq, artırmaq və ya azaldmaq mümkün deyil. Bütün bu əməliyyatlar onlayn şəkildə, yalnız Kapital Bank kartlarından istifadə edərək icra edilir.
Bu məlumat Sizin üçün faydalı idi?
Telefon cihazınızı dəyişdiyiniz halda, Birbank mobil tətbiqində depozitinizin azaldılması və ya ləğvi 3 iş günü müddətində həyata keçirilə bilməz. Bu müddət ərzində əməliyyatlar qadağandır.
Bu məlumat Sizin üçün faydalı idi?
Əgər depozit müqaviləsinin bitmə tarixi qeyri-iş gününə təsadüf edərsə, əmanətin illik faizi qeyri-iş günündən əvvəlki iş günü ödəniləcəkdir.
Əgər əmanət məbləği qeyri-iş günündən əvvəlki tarixdə daxil edilibsə, aşağıdakı qaydalara əməl edilir:
- Əmanət məbləği 5-ci gün ərzində daxil edildikdə, müqavilə tarixi həmin gün hesab edilir, faizlərin hesablanması isə növbəti iş günü başlanır;
- Əgər əmanət məbləği 5-ci gün, saat 00:00-dan şənbə günü 09:00-dək daxil olarsa, vəsait bazar ertəsi Banka daxil olmuş sayılır və faizlərin hesablanmasına çərşənbə axşamından başlanır.
Bu məlumat Sizin üçün faydalı idi?
Rəqəmsal depozit üzrə milli valyutada (AZN) 12%-dək, xarici valyutada (USD) 2.5%-dək faiz dərəcələri tətbiq olunur.
Qanunvericiliyə əsasən, 100% kompensasiya ödənilir, lakin əmanət məbləği 100.000 (bir yüz min) manatdan çox olmamalıdır. Yəni, 100 min manata qədər olan məbləğlər üçün kompensasiya təmin edilir.
Bu məlumat Sizin üçün faydalı idi?
- Aylıq ödəniş: Əgər faizlərin aylıq ödənişi seçilərsə, hər ay hesablanan faizlər müştərinin cari hesabına köçürüləcəkdir;
- Müddətin sonunda ödəniş: Əgər "Müddətin sonunda" seçimi edilibsə, faizlər müvafiq müddətə uyğun olaraq depozit müddətinin sonunda müştərinin cari hesabına köçürüləcəkdir.
Bu məlumat Sizin üçün faydalı idi?
Rəqəmsal depoziti minimum 1 AZN məbləğlə Birbank mobil tətbiqi vasitəsilə rəsmiləşdirmək mümkündür.
Bu məlumat Sizin üçün faydalı idi?
Əmanətinizi istənilən vaxt məxaric edə bilərsiniz. Lakin, əgər əmanət vaxtından əvvəl çıxarılarsa:
- AZN valyutasında illik 1% ilə faiz ödəniləcək;
- USD valyutasında isə faiz ödənilmir;
- Əgər əmanətiniz yerləşdirildikdən sonra 30 təqvim günü tamamlanmadan və ya 1 aylıq əmanət üzrə müqavilə müddəti bitmədən çıxarılsa, AZN valyutasındakı əmanətə faiz ödənilmir.
QEYD: Rəqəmsal depozitə xitam zamanı vəsait seçilmiş karta, həmin kartın cari tarifinə uyğun şəkildə mədaxil olunur.
Bu məlumat Sizin üçün faydalı idi?
Rəqəmsal depoziti yalnız Kapital Bank-a məxsus kart vasitəsilə Birbank mobil tətbiqindən onlayn şəkildə yerləşdirə bilərsiniz.
Bu məlumat Sizin üçün faydalı idi?
- Depozitin azaldılması:
– İstənilən vaxt mümkündür;
– Minimum 10 AZN azaldıla bilər, depozit hesabında isə minimum 10 AZN qalmalıdır;
– Azaldılan məbləğ Birbank mobil tətbiqi vasitəsilə seçilmiş karta qaytarılır və komissiya həmin kartın tariflərinə uyğun tutulur.
- Depozitin artırılması:
– Minimum 10 AZN artırıla bilər;
– Artım prosesi də yalnız Birbank mobil tətbiqi ilə mümkündür;
– İstənilən kartdan və ya hesabdan artırılma zamanı komissiya həmin kartın və hesabın tariflərinə uyğun tutulur.
Bu məlumat Sizin üçün faydalı idi?
Rəqəmsal depoziti 1, 3, 6, 12, 18, 24 və 36 ay müddətinə yerləşdirmək mümkündür.