Necə etməli?

Kredit borcum haqqında məlumatı necə öyrənə bilərəm?
  • Birbank mobil tətbiqində "Şəxsi kabinet"-ə daxil olaraq;
  • 196 Əlaqə Mərkəzinə zəng edərək və ya Onlayn Çat vasitəsilə;
  • Ödəniş terminallarından ümumi borc məlumatını yoxlayaraq.

Bu məlumat Sizin üçün faydalı idi?

Kredit borcumun ödənişi üçün hansı məlumatlara ehtiyac var?

CİF kodu və doğum tarixi.

QEYD: Birbank mobil tətbiqində "Şəxsi kabinet"-ə daxil olaraq ödəniş etmək mümkündür (bu zaman CİF və doğum tarixi tələb olunmur).


Bu məlumat Sizin üçün faydalı idi?

Kredit borcumun ödəniş tarixi və saatı haqqında hansı məlumatları bilməliyəm?
  • Nağd kredit ödənişləri gün ərzində saat 19:00-dək edildikdə həmin gün ödənilmiş sayılır;
  • 19:00-dan sonra edilən ödənişlər növbəti iş günü icra olunur (əgər müqavilədə və ya bank tərəfindən başqa bir qayda nəzərdə tutulmayıbsa);
  • Ödəniş 19:00-dək edilmədikdə, kart balansında olan vəsait borcun ödənilməsinə yönəlir;
  • Kreditin ödəniş tarixində kart balansında aylıq borc məbləği qədər vəsait bloklanır. Yalnız 19:00-dək ödəniş edildikdə, vəsait blokdan azad edilir.

QEYD: Bloklanma zamanı vəsait balansda müvəqqəti olaraq göstərilmir.


Bu məlumat Sizin üçün faydalı idi?

Kredit borcumun ödənişini necə edə bilərəm?
  • Birbank mobil tətbiqində "Şəxsi kabinet"-ə daxil olaraq ödəniş edə bilərsiniz.
  • Birbank, Emanat və MilliÖn ödəniş terminallarından CIF kodu və doğum tarixinizi daxil edərək ödəniş edə bilərsiniz.

QEYD: Birbank mobil tətbiqində də CIF kodu və doğum tarixini qeyd edərək ödəniş etmək mümkündür.


Bu məlumat Sizin üçün faydalı idi?