
BirKart Umico
İkili cashback
Gündəlik alış-veriş üçün olan, kredit və taksit kartı imkanlarını birləşdirən, Umico bonusları qazanma imkanını təqdim edən unikal bir kartdır.
2 AZN
1 aylıq xidmət haqqı
BirKart vasitəsilə aylıq 500 AZN məbləğində nağdsız ödəniş etdikdə (kredit ödənişləri və köçürmələr istisna olmaqla) həmin ay üçün aylıq xidmət haqqı tutulmur.
BirKart Umico kartı ilə şəxsi vəsaitiniz, kredit xətti və ya BirKart partnyor şəbəkəsində taksit ilə bərabər opsiyalara bölməklə alış-veriş edə və əlavə Umico bonusları qazana bilərsiniz. Hər alış-verişdə qazanın!
• Taksitli əməliyyatlar üzrə illik faiz dərəcəsi - 0%;
• Taksit üzrə opsiyaların sayı (alış-veriş məbləğini qaytarmaq üçün ay sayı) - 2, 3, 6, 9, 12 və 18 ay;
• Kredit xətti ilə alış-veriş zamanı qazanılacaq Umico keşbek faizi (həm Umico partnyor şəbəkəsi, həm də qeyri-Umico partnyorları üzrə) -1.5%;
•Taksit əməliyyatları üzrə keşbek faizi - 0,5%;
• Kredit xətti ilə alış-veriş zamanı nəzərdə tutulmuş güzəşt müddəti (bu müddət ərzində əməliyyat məbləğinə faiz hesablanmır), limitin xərclənmiş hissəsinin növbəti ayın 10-dək qaytarılması şərti ilə 40 günədək
• Kredit xəttindən istifadə üzrə illik faiz dərəcəsi - 25%;
• BirKart limitinizin 100%-ə qədərini nağdlaşdıra bilərsiniz.
Beləliklə, siz, həm Kapital Bank tərəfindən verilən Umico keşbek bonuslarını, həm də Umico partnyor şəbəkəsində qazandığınız Umico keşbek bonuslarını əldə edirsiniz.
Umico Keşbek – Alış-veriş məbləğinin bir hissəsinin Umico və BirBank mobil tətbiqlərindəki bonus hesabına qaytarılmasıdır. Bonuslar real pul ekvivalentindədir və Umico partnyor şəbəkəsindəki alış-verişlər zamanı istifadə edilə bilər. Umico və Kapital Bank-dan ortaq bonuslarınızı qazanmaq üçün alış-veriş edərkən həm BirKart Umico bank kartı, həm də Umico bonus kartınızı kassirə təqdim etməyiniz kifayətdir.
Yığılmış cashback* məbləğinizi BirBank-dakı Bonuslar/Umico/Tarixçə bölməsində izləyə bilərsiniz. Alış-verişlərinizi maksimum sərfəli etmək və vəsaitlərinizin rahat idarə olunmasını təmin etmək üçün BirBank (link) və Umico (link) mobil tətbiqlərini yükləyin.
*Umico bonusları ilə 1 ay ərzində qazanıla bilinən maksimum keşbek məbləği 500 AZN-dir. Bu limitdən yuxarı bonuslar hesablanmır və növbəti ay üçün də nəzərə alınmır.
BirBank mobil tətbiqindən aparılan əməliyyatlara keşbek aşağıdakı cədvəl üzrə hesablanır:
(*İstisnalar: Dövlət ödənişləri (məhkəmə, cərimə, zəmanət, vergi), poçt, maliyyə qurumları, nəqliyyat.)
BirKart Umico kartını necə əldə edə bilərəm?