Kapital Bank online növbə xidməti sizə, bank əməliyyatlarınızı sürətli şəkildə həyata keçirməyinizə imkan tanıyır. Kredit və taksit kartı sifarişləriniz, xaricə və ölkədaxili pul köçürmələri etməyiniz və digər bankçılıq xidmətləri üçün bankda uzun müddət sıra gözləməyinizə ehtiyac yoxdur. Veb sayt və ya Birbank vasitəsiylə əldə edəcəyiniz online novbe banka tam zamanında yaxınlaşaraq uzun növbə gözləmədən əməliyyatlarınızı asanlıqla həyata keçirməyinizə imkan yaradır. Birbank online novbe xidmətindən istifadə üçün mobil tətbiqə daxil olaraq müvafiq bölməyə keçməyiniz yetərlidir. Bank əməliyyatı növünü seçib, sizə uyğun bank filialını, tarix və saatı müəyyənləşdirərək rezervasiyanı tamamlaya bilərsiniz. Siz, həmçinin Birbank mobil tətbiqi vasitəsiylə mövcud növbələrinizi rahatlıqla izləyə bilərsiniz. Sayt vasitəsiylə online növbə götürmək üçün əməliyyat növünü və müracitə növünü seçdikdən sonra, sizə yaxın bank filialı, gün və saatı müəyyənləşdirərək rezervasiyanı tamamlaya bilərsiniz.