Bankımızın tarixçəsi
1874-cü ildən bu günə

1874

1874-cü ilin 24 iyulunda Bakıda ilk əmanət kassaları yaradıldı.

Bu kassalar Rusiya Dövlət Bankının Bakı şəhər şöbəsinin tərkibində fəaliyyət göstərirdi. Uçot Komitəsinin heyətində Hacı Zeynalabdin Tağıyev, Hacı Baba Haşımov və Hacı Şıxəli Dadaşov kimi tanınmış azərbaycanlılar da təmsil olunurdu.

1903

Yeni əsrin başlanğıcında artıq əmanət kassalarının sayı sürətlə artmağa və fəaliyyəti daha da genişlənməyə başladı.

1919

Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 30 sentyabr 1919-cu ildə Azərbaycanda Dövlət Bankının açılışı oldu. 1 dekabr 1919-cu ildə isə əmanət kassalarının fəaliyyəti də bərpa edildi.

1920

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan İnqilab Komitəsinin 9 iyun 1920-ci il tarixli qərarı ilə Rusiya Dövlət Bankının Bakı şöbəsi ləğv edildi və bütün bank-kredit təşkilatları kimi bu qurum da yeni yaradılmış Xalq Bankına birləşdirildi.

1924

1924-cü ilin yanvarında Azərbaycanda SSRİ Dövlət Bankının tərkibində fəaliyyət göstərən dövlət əmək əmanət kassaları yaradıldı.

1947

İkinci Dünya müharibəsindən sonra yaranmış maliyyə problemlərini aradan qaldırmaq üçün SSRİ-də ilk pul islahatı həyata keçirildi. Həmin dövrdə əmanət kassaları pul nişanlarının əvəzləndiyi əsas qurumlardan biri idi.

1954

Müharibədən sonrakı dövrdə SSRİ xalq təsərrüfatının bərpa və inkişafı üçün dövlət istiqrazları üzrə çox sayda uduş və ödəniş tirajları keçirildi. Vətəndaşlar əmanət kassalarında dövlət 3%-li daxili uduşlu istiqraz vərəqələrini alıb-sata bilirdilər.

1961

SSRİ-də Xruşşov dövründə yeni əsginasların təqdim olunması ilə ikinci dəfə pul islahatı aparıldı. Pul islahatı zamanı pul nişanlarının dəyişdirilməsi əmanət kassalarının “dəstəyi ilə” həyata keçirildi.

1968

1968-ci ildə ölkəmizdə fəaliyət göstərən əmanət kassalarının sayı 1111-ə çatdı. Həmin il əmanət kassalarına 31 200 yeni əmanətçi müraciət etmiş və ümumilikdə 57 milyon 197 min manat vəsait daxil olmuşdur.

1974

24 iyulda əmanət kassalarının ölkəmizdə fəaliyətə başlamasının 100 illiyi tamam oldu.

1988

1988-ci ildə “əmanət kassaları" SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankına çevrildi.

1992

Müstəqilliyimizə qovuşduqdan az sonra, 11 fevral 1992-ci ildə həmin bankın bazasında Azərbaycan Respublikasının Əmanət Bankı formalaşdırıldı.

2000

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2000-ci il tarixli “40s” nömrəli sərəncamı ilə Əmanət Bankının, Azərbaycan Aqrar-Sənaye Bankının və Azərbaycan Sənaye-İnvestisiya Bankının birləşdirilməsi nəticəsində Azərbaycan Birləşmiş Universal Səhmdar Bankı (BUSBank) yaradıldı.

2004

29 dekabr 2004-cü il tarixində bank səhmdarlarının növbədənkənar iclasında “BUSBank” adının dəyişdirilməsi və banka "Kapital Bank" adının verilməsi qərara alındı. Beləliklə, ölkənin birinci bankı indiki adı ilə fəaliyyət göstərməyə başladı.

2007

"Xəzri" pul köçürmə sistemi yaradıldı.

2008

Bankın 2005-ci ildən başlayan özəlləşmə prosesi tam yekunlaşdı.

2011

Kapital Bank Maestro kartlarının istehsalı üzrə Azərbaycanda liderliyi əldə etdi.

2012

  • “Mobile Banking” xidmətinin tətbiqinə başlandı.
  • «GUAM-ın ən yaxşı bankları – 2011» müsabiqəsinin nəticələrinə əsasən, “Ən dinamik inkişafa malik bank” seçildi.

2017

Kapital Bank Beynəlxalq əməkdaşlıq çərçivəsində Amerika Banklar Assosiasiyasına (American Bankers Association) üzv seçildi.

2018

  • Birbank tətbiqi istifadəyə verildi və həmin il ərzində yarımmilyona yaxın istifadəçi sayına çatdı.
  • Böyük Britaniyanın "International Finance" jurnalı "BirBank" tətbiqini "Ən innovativ mobil bank" adına layiq gördü.
  • İnsan Kapitalı Akademiyası yaradıldı.

2019

  • Sayca 100-cü olan və Masallıda yerləşən Cənub filialı istifadəyə verildi.
  • BirBank "İlin mobil tətbiqi” nominasiyasında “NETTY” mükafatına layiq görülüb.

2020

İşğaldan azad edilmiş Şuşa şəhərində ilk bankomat və ödəniş terminalı Kapital Bank tərəfindən quraşdırıldı.

2021

Birbank yeniləndi və ölkənin ilk rəqəmsal bankına çevrildi.

2022

  • BirKart məhsulu rebrendinq edilərək Birbank kartı oldu.
  • Ölkə üzrə bankomatların sayı 1000-ə çatdı.

2023

  • Ölkəmizdə "Great Place To Work" sertifikatına layiq görülən ilk bank seçildi.
  • "Yaşıl bankçılıq" konsepsiyasını ölkəmizdə tətbiq edən ilk bank oldu.

2024

  • Azad olunmuş torpaqlarımızda – Laçında, Zəngilanda və Xankəndidə Kapital Bank filialları açıldı.
  • Süni intellekt əsaslı bank asistenti xidmətə verildi.
  • "Great Place To Work" sertifikatına ardıcıl ikinci dəfə layiq görüldü.
  • Bankın fəaliyyətə başlamasının 150-ci ili tamam oldu.