Birbank kart sahibləri üçün Yeni il Lotereyası
17 noyabr – 31 yanvar tarixlərində Birbank debet, Birbank taksit və Birbank Star kartı sahibləri üçün böyük miqyaslı Yeni il lotereyası keçiriləcək. Birbank kartınızdan istifadə edərək tapşırıqları tamamlayın, lotereya biletləri qazanın və minlərlə hədiyyə qazanmaq şansı əldə edin. Lotereyada ümumilikdə 10 000 qalib seçiləcək.
İştirak hüququ
- Lotereyada yalnız 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşı olan Birbank debet, taksit və Star kartı sahibləri iştirak edə bilər.
- Xüsusi qeydiyyat tələb olunmur; şərtlərə uyğun tapşırıqlar yerinə yetirildikdə biletlər avtomatik hesablanır.
- Bank əməkdaşları və əlaqəli şəxslər lotereyada iştirak etmir.
- Müştərilər qazandıqları bilet sayını Birbank tətbiqində “Bizdən sizə” → “Yeni il lotereyası” bölməsində izləyə bilərlər.
Lotereyanın keçirilməsi
Lotereya 1 tirajdan ibarətdir.
17 noyabr 2025 – 31 yanvar 2026 tarixlərində toplanmış biletlərə uyğun qaliblər 23 fevral 2026-cı il tarixində canlı yayımda təsadüfi seçimlə müəyyənləşdiriləcək.
Bir müştəri yalnız bir dəfə qalib ola bilər.
Lotereyada iştirak hüququ verən tapşırıqlar
Birbank debet və kredit kartları ilə 20 AZN və üzəri ödəniş edin və ya Birbank tətbiqindəki digər tapşırıqları tamamlayaraq əlavə biletlər qazanın.
Lotereya hədiyyələri
Super-priz:
- 1 qalib – Sea Breeze-in “Park Lane” yaşayış kompleksindən mənzil
Digər hədiyyələr:
- 9 qalib – iPhone 17 Pro 256GB
- 20 qalib – Apple Watch SE 2
- 30 qalib – 500 manatlıq səyahət paketi
- 40 qalib – AirPods Pro
- 50 qalib – 250 Bonus
- 100 qalib – 150 Bonus
- 250 qalib – 50 Bonus
- 1500 qalib – 25 Bonus
- 8000 qalib – 10 Bonus
Qaliblərin elan edilməsi
Lotereyanın nəticələri 23 fevral 2026-cı il tarixində canlı yayım vasitəsilə açıqlanacaq və qaliblər Birbank-ın sosial media hesablarında və rəsmi veb saytında paylaşılacaq.