Qazandığınız keşbekləri 3%-dək artırmaq imkanı!

Paylaş:

2025-03-09

Yenilik nədən ibarətdir?

İndi siz Birbank tətbiqində keşbek kabinetinə və ya "Keşbek kateqoriyaları" səhifəsinə daxil olduqda daha çox keşbek qazanmaq üçün yeni imkanlar görə bilərsiniz. Qeyd olunan şərtləri tamamladıqda seçdiyiniz kateqoriyada göstərilən keşbek faizindən əlavə keşbeklər qazana bilərsiniz.

Image 1

Əlavə keşbek qazanmaq imkanları

Birbank tətbiqində aşağıdakı 4 şərtin hamısı və ya bir neçəsi qarşınıza çıxa bilər. Şərtlər hər bir istifadəçiyə uyğun olaraq təsadüfi qaydada təyin olunur.  Tətbiqdə şərtlərin üzərinə klikləyərək, burada isə kursoru üzərinə gətirərək ətraflı məlumat əldə edə bilərsiniz.

Icon 1
Kartınızda 1000 ₼ və ya daha çox pul saxlayın
+0,5% keşbek
Ödəniş zamanı kartınızda 1000 ₼ və ya daha çox pul olarsa, siz əlavə 0,5% keşbek qazanacaqsınız. Kartınızın balansını Birbank tətbiqində rahatlıqla artıra bilərsiniz.
Icon 2
2000 ₼-dan başlayan depozit açın
+1% keşbek
Bankımızda 2000 ₼ və daha yuxarı məbləğdə depozit hesabınız varsa, ödəniş zamanı əlavə 1% keşbek qazanacaqsınız. Depoziti heç yerə getmədən, rahatlıqla Birbank tətbiqində onlayn aça və ya artıra bilərsiniz.
Icon 3
Nağd pul krediti əldə edin
+1% keşbek
Bankımızda nağd pul kreditiniz varsa, ödəniş zamanı əlavə 1% keşbek qazanacaqsınız. İstənilən məqsəd üçün nağd pul kreditini Birbank tətbiqində onlayn əldə edə bilərsiniz.
Icon 4
Taksit kartı ilə ödəyin
+0,5% keşbek
Birbank Cashback taksit kartı ilə edilən ödənişlərinizdən əlavə 0,5% keşbek qazanacaqsınız. Kartınız yoxdursa, Birbank tətbiqində və ya kapitalbank.az saytında sifariş edə bilərsiniz.

Bu necə işləyir?

Image 4

Düşünək ki, siz Birbank-da "Kartınızda 1000 ₼ və ya daha çox pul saxlayın" şərtini görürsünüz. Əgər sizin bütün kartlarınızda ümumilikdə 1000 ₼-dan az şəxsi vəsaitiniz varsa, sözügedən şərt şəkildəki kimi əks olunacaq. Siz onun üzərinə klikləyərək açılan pəncərədə ətraflı məlumatla tanış ola bilərsiniz. Həmçinin bu pəncərədən keçid edib, kart balansınızı artıra bilərsiniz.

Bütün kartlarınızadakı ümumi məbləğ 1000 ₼-dan çox olduqda "Kartınızda 1000 ₼ və ya daha çox pul saxlayın" şərti şəkildəki kimi yaşıl rəngdə əks olunacaq və siz ödəniş zamanı əlavə 0,5% keşbek qazana biləcəksiniz.

Image 4

Necə daha çox keşbek qazana bilərəm?

Düşünək ki, siz Birbank tətbiqində "Restoranlar 5%" kateqoriyasını seçmisiniz. Bu kateqoriyada ödənişləriniz sizə 5% keşbek qazandırır. Restoranda ödəniş anında bütün Kapital Bank kartlarınızda ümumilikdə 1000 ₼-dan yuxarı şəxsi vəsaitiniz olarsa, bu halda əlavə 0,5% keşbek qazanacaqsınız. Yəni bu ödənişdən keşbek qazancınız 5,5% olacaq.

Eyni qayda digər şərtlər üçün də keçərlidir. Tutaq ki, siz Birbankda bu şərtləri görürsünüz:

Icon 5
Kartınızda 1000 ₼ və ya daha çox pul saxlayın
icon+0,5% keşbek
Icon 6
2000 ₼-dan başlayan depozit açın
icon+1% keşbek

Şərtlərin yaşıl rəngdə olmasından aydın olur ki, bütün Kapital Bank kartlarınızda həm 1000 ₼-dan yuxarı şəxsi vəsaitiniz, həm də bankımızda 2000 ₼-dan çox depozitiniz var. Bu halda sizin restoran ödənişinizə keşbeklər aşağıdakı kimi hesablanacaq:

  • "Restoranlar 5%" kateqoriyasını seçdiyiniz üçün 5% keşbek
  • "Kartınızda 1000 ₼ və ya daha çox pul saxlayın" şərti tamamlandığı üçün əlavə 0,5% keşbek
  • "2000 ₼-dan başlayan depozit açın" şərti tamamlandığı üçün əlavə 1% keşbek

Yekunda ödənişinizdən 6,5% keşbek qazanmış olacaqsınız.

Əgər hələ də Birbank Cashback taksit kartınız yoxdursa, bu linkə keçərək sifariş edin.