Kapital Bank sindikat kreditləşməsi üzrə beynəlxalq layihənin tərəfdaşı oldu!

Paylaş:

2023-06-16

8 iyun 2023-cü il tarixində Kapital Bank Türkiye İş Bankının ESG standartlarına uyğun olaraq istifadə ediləcək 224 milyon ABŞ dolları məbləğində davamlılıq meyarlı sindikat kreditləşməsi layihəsində iştirak edib. ESG ətraf mühit, sosial məsuliyyət və idarəetmə prinsiplərinə dayanan fəaliyyət meyarlarını əhatə edir.

Layihəyə Amerika, Avropa, Yaxın Şərq və Asiya üzrə 16 ölkədən 33 bank cəlb edilib. Kapital Bank-ın bu növ strukturlaşdırılmış kreditdə iştirakı banklararası müxbir əlaqələrinin gücləndirilməsi və beynəlxalq tərəfdaş banklar ilə əməkdaşlığın uzunmüddətli davamlı inkişafının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bank davamlı olaraq bu tip sosial-iqtisadi əhəmiyyət daşıyan layihələri dəstəkləməyi qarşısına məqsəd qoyub.

Sindikat kreditləşməsi bir neçə maliyyə institutu tərəfindən bir borcalana təklif olunan beynəlxalq maliyyələşdirmə alətidir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 115 filialı və 30 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.