Birbank istifadəçiləri üçün hədiyyələrlə dolu "Şans çarxı"!

Şərtlər:
- Kampaniya xx noyabr - 31 dekabr tarixlərində (hər iki tarix daxil) keçərlidir;
- Kampaniya müddətində “Birbank” mobil tətbiqi üzərindən 1 AZN və daha artıq məbləğdə 4 ödəniş əməliyyatı müştəriyə 1 ədəd şans verəcək;
- Müştəri “Birbank” tətbiqində qeydiyyatdan keçirdiyi istənilən növ bank kartları ilə kampaniyada iştirak edə bilər;
- Müştəri “Birbank” tətbiqində ƏDV və keşbek/bonuslar ilə ödəniş edərək kampaniyada iştirak edə bilər;
- Müştəri son versiya “Birbank” mobil tətbiqində “Şans Çarxı” səhifəsinə keçid edərək və çarxı fırladaraq hədiyyə əldə edə bilər;
- Müştərinin 1 ay ərzində maksimum 10 şansı ola bilər;
- Heç bir köçürmə və ya nağdlaşdırma əməliyyatı müştəriyə kampaniyada şans qazandırmayacaq;
- Müştərinin “Birbank” tətbiqində qeydiyyatdan keçirdiyi bütün kartları üzrə şanslarının sayı onun unikal “İstifadəçi nömrəsi” (User ID) altında toplanaraq hesablanacaq.
Qeyd:
- Ayda maksimum 10 şans sayı limiti müştərinin ayrı-ayrı kartlarına deyil, Birbank tətbiqi üzrə unikal istifadəçi nömrəsinə (User ID) şamil olunacaq.
- Müştəri gün ərzində 4,8,12 … 40 ödəniş etməklə aylıq qazana biləcək şans saylarını 1 gündə də qazana və istifadə edə bilər;
- Hər günün/ayın sonunda 10 şans sayının hamısını qazanmamış müştərilərin sonradan gün/ay ərzində etdiyi ödəniş əməliyyatları növbəti günə/aya (kampaniya müddəti daxilində) transfer ediləcək;
- Nümunə: Müştəri gün ərzində 18 uğurlu ödəniş edibsə, bu ona həmin gün üçün 4 şans verəcək (4x4=16), 2 ödəniş əməliyyatı isə növbəti günün əməliyyat sayına əlavə olunacaq, yəni növbəti gün daha 2 ödəniş əməliyyatı edərək müştəri 1 şans qazana biləcək;
- Nümunə: Müştəri bir ay ərzində 37 uğurlu ödəniş edibsə, bu ona həmin ay ərzində 9 şans verəcək (9x4=36). Qalan 1 ödəniş əməliyyatı isə növbəti aya transfer ediləcək.
- Müştəri hər ay ərzində maksimum 10 şans sayını əldə etdikdən sonra, həmin ayda etdiyi əlavə ödəniş əməliyyatları ona şans qazandırmır və növbəti aya transfer edilmir;
- Nümunə: Müştəri noyabr ayında 43 ödəniş əməliyyatı edibsə, bu ona kampaniyada həmin ay üzrə maksimum qazana biləcəyi 10 şans qazandıracaq (4x10=40), qalan 3 ödəniş əməliyyatı növbəti aya transfer edilməyəcək və nəzərə alınmayacaq.
- Kampaniyada iştirak edən müştərilər qazandıqları hər şans müqabilində çarxı fırlatdıqları təqdirdə 1 ədəd hədiyyə qazana biləcək.
- Müştərilər qazandıqları şans saylarını kampaniyanın bitdiyi tarixədək (31.12.2022-ci il) istifadə edə və hədiyyə qazana bilərlər.
Hədiyyələr:
- iPhone 13 128 GB - 6 ədəd;
- Apple Watch 7 (42 mm) - 8 ədəd;
- PlayStation 4 - 6 ədəd;
- AirPods 3rd Generation - 15 ədəd;
- “Azpetrol”dan 10 AZN dəyərində birdəfəlik yanacaq kuponu;
- “Pizza-Mizza”dan 5 AZN dəyərində birdəfəlik kupon;
- “Starex” kargo şirkətindən 5 AZN dəyərində birdəfəlik kupon;
- “Park Cinema”dan 1 ədəd 4 AZN dəyərində bilet;
- “Bold Food delivery”dən 3 AZN dəyərində birdəfəlik kupon;
- “189 Taxi”dən gedişhaqqına 1.5 AZN dəyərində endirim;
- “Bakcell”dən 10 dəqiqə şəbəkədaxili mobil balans və ya 50 MB internet paketi;
- “Azercell”dən 10 dəqiqə şəbəkədaxili mobil balans və ya 50 MB internet paketi.