Ödəniş anında balansında 500 AZN pul olarsa, 0.5% keşbek qazanacaqsan

Kapital Bank-a məxsus kartında ödəniş anında balansında 500 AZN pul olarsa, ödəniş məbləğinin 0.5%-i qədər keşbek qazanacaqsan.
Müddət: 13 fevral - 13 mart 2024 (hər iki tarix daxil)
Şərtlər:
- Kampaniya üçün seçilmiş müştərilərin* ödənişdən öncə kart balansında ən azı 500 AZN vəsait olduqda ödəniş məbləğinin 0.5%-i dəyərində keşbek hesablanacaq;
- Bu MCC-lər üzrə əməliyyatlara kampaniya çərçivəsində keşbek hesablanmayacaq: Birbank tətbiqində edilməmiş kommunal; mobil; TV; internet; stasionar ödənişləri, eləcə də, məhkəmə; cərimə; istiqraz; vergi; dövlət xidmətləri; poçt; nağdlaşdırma; köçürmə; kredit; maliyyə institutu; nəqliyyat; sığorta; parkinq; təhsil; rəqəmsal oyunlar;
- Kampaniya üzrə qazanıla biləcək maksimal keşbek məbləği hər təqvim ayı üçün 100 AZN-dir.
Nümunə:
- Müştəri Kapital Bank-a məxsus kartı ilə restoranda 200 AZN dəyərində ödəniş edir. Ödənişdən öncə müştərinin kartında 520 AZN vəsait var idi. Belə olduğu halda, müştəri həmin ödənişdən 0.5% (1 AZN) keşbek qazanacaq.
* Kampaniyadan yalnız seçilmiş müştərilər yararlana bilərlər. Bu müştərilərə SMS, Birbank mobil tətbiqi üzərindən bildiriş, tətbiq daxilində hekayə ("story"), "pop-up" reklamlar və ya "email" vasitəsilə kampaniya haqqında məlumat göndərilir.