Kapital Bank bizneslə məşğul olanlara illik 0 faizlə overdraft məhsulunu təqdim edir

Paylaş:

2021-09-06
Bu məhsul müştəriyə cari hesabda vəsait olmadan belə əməliyyatları həyata keçirməyə imkan verir.

Kapital Bank bizneslə məşğul olan şəxslər üçün daha bir sərfəli məhsul təqdim edir. Belə ki, Kapital Bank-ın müştərisi olan hüquqi şəxs və fərdi sahibkarlar birdəfəlik komissiya ödəməklə illik 0%-lə overdraft məhsulunu əldə edə bilərlər.

Həmçinin, bu məhsul müştəriyə cari hesabda vəsait olmadan belə əməliyyatları həyata keçirməyə imkan verir. Bu qaydada əməliyyatların keçirilməsi üçün Kapital Bank, müştərilərinə overdraft limiti təqdim edir. Overdraft müştərinin təxirə salınmaz qısa müddətli tələblərinin operativ şəkildə təmin edilməsi üçün çox əlverişlidir. Şərtlər çərçivəsində müştərilərə biznes tərəfdaşları qarşısında öhdəliklərini vaxtında həyata keçirmək üçün əlavə maliyyə mənbəyindən istifadə imkanı yaradılır.

Kapital Bank-ın overdraft məhsulu bir sıra üstünlüklərə malikdir: hüquqi şəxslər və fərdi sahibkarların qısa müddətə vəsait əldə etmə imkanı; qısa müddətli vəsait qıtlığının aradan qaldırılması; əməkhaqqı, kommunal və digər inzibatı xərclər üçün istifadə edilə bilməsi; sürətli təsdiq prosesi; rəqabət qabiliyyətli maliyyələşmə həcmi; tranşlarla götürmək imkanı; hər maliyyələşmədə müqaviləsiz vəsait əldə etmə və s.

Qeyd edək ki, overdraft məhsulunu almaq üçün (012) 310 09 99 korporativ məlumat mərkəzinə, Müştəri Bankdan müraciətlər bölməsindən (https://kbl.az/cbpcr) və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.