Kartlara mədaxil komissiyasızdır
Heç bir komissiya ödəmədən istənilən məbləği Birbank debet və Bakcell Ko-brend kartlarına mədaxil etmək imkanınız var. Bunun üçün cash-in funksiyası olan bankomatlarımızdan yararlana bilərsiniz.
Eyni zamanda, 18 oktyabr 2025-ci ildən etibarən Milliön, E-manat, Kassam.az terminallarında və filiallarımızdakı kassalarda sözügedən kartlara 3000 AZN-dək vəsaiti həmişə olduğu kimi 0% komissiya ilə mədaxil etmək mümkün olacaq. Mədaxil edəcəyiniz məbləğ 3000 AZN-dən yuxarı olduqda isə, 0.5% komissiya hesablanacaq.
Nümunə:
Tutaq ki, ödəniş terminalında kartınıza 4000 AZN pul qoymaq istəyirsiniz. Bu zaman 3000 AZN-dək olan hissəyə komissiya hesablanmayacaq və siz yalnız qalan 1000 AZN üçün 0,5%, yəni 5 AZN komissiya ödəyəcəksiniz.
Həmçinin, bankımıza məxsus kartlar arasında istənilən məbləği heç bir komissiya olmadan köçürə bilərsiniz. Ay ərzində isə bütün Birbank kartlarınızdakı şəxsi vəsaitinizdən ümumilikdə 10 000 ₼-dək məbləği yerli bank kartlarına tam komissiyasız köçürmə və bankımıza məxsus bankomatlarda nağdlaşdırama imkanınız var.