Yüksək faizli depozit kampaniyasının vaxtı uzadıldı

Paylaş:

2024-04-04

Ölkənin birinci bankı Kapital Bank 6 aya illik 10% gəlir qazandıran depozit kampaniyasının vaxtını 30 aprel 2024-cü ilədək uzatdı. Belə ki, ay sonunadək  6 aylıqda 20 000 AZN-dək Kapital depoziti yerləşdirən hər kəs illik 10% gəlir əldə edəcək.

Nağd pulunu sərfəli və güvənilir sərmayəyə çevirmək istəyənlər, Kapital Bankın ən yaxın filialına yaxınlaşa və ya Birbank mobil tətbiqindən Rəqəmsal depozitə keçid edərək əmanətlərini yerləşdirə bilərlər. Ətraflı məlumat üçün: https://kbl.az/kdpra

Filiala müraciət edilərək yerləşdirilən depozit üçün 500 AZN, Rəqəmsal depozitdə isə 1 AZN minimum məbləğ həddi müəyyən edilib. Əmanət məbləğini minimum 100 manat məbləğində artırmaq olar. Kapital depozitində faizlər aylıq və ya müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin həcmi isə 100 000 manatdır. Ətraflı məlumat üçün: https://kbl.az/rdpra

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.