Birbank tətbiqi ilə QR ödənişləri 3% keşbek qazandırır!

Paylaş:

2023-09-18

İndi “QR ilə ödə” stikerini gördüyün istənilən yerdə ödənişini Birbank-dakı “QR” hissəsindən asanlıqla edə bilərsən, üstəlik bu ödənişlərdə tam 3% keşbek sənin olacaq!

Bunun üçün:

1. Ödəniş zamanı kassirə məbləği QR kodu ilə ödəyəcəyini bildir.

2. Birbank tətbiqinin əsas səhifəsinin aşağı hissəsində yerləşən “QR” bölməsinə keçid et.

3. Kassirin təqdim etdiyi QR kodunu Birbank ilə skan edib ödənişi tamamla.

Qaydalar və şərtlər:

- Bütün Kapital Bank kartlarına şamil olunur.

- Yalnız Kapital Bank kartları üçün keçərlidir. Birbank-a sonradan manual olaraq əlavə edilmiş kartlarla ödənişlərə şamil olunmur.

- Aylıq maksimum keşbek məbləği: 500₼

- Ödəniş etdiyin sahə üzrə daha çox keşbek qazandıran digər aktiv kampaniya varsa və ya əlavə keşbek kateqoriyası seçmisənsə, ödənişə görə daha yüksək faizli kampaniya ilə keşbek hesablanacaq.

- Kampaniya Birbank Miles və Birbank Umico kartları ilə ödənişlərdən əldə edəcəyin bonuslara təsir etmir. Qeyd olunan bonusları qazanmaqla bərabər, ödənişi Birbank-da QR vasitəsilə etdiyin üçün ödənişlərinə 3% keşbek də hesablanacaq. Topladığın keşbeki Birbank tətbiqində keşbek kabinetindən izləyə bilərsən.

- Birbank-da yeni qeydiyyat, yeni cihaz və hesabın sıfırlanması kimi hallarda 3 günlük məhdudiyyət tətbiq edilir.

Nümunə 1:

Tutaq ki, əlavə keşbek kateqoriyası olaraq “Aptek 4%” seçmisən. Bu zaman “QR ilə ödə” stikeri olan apteklərdə QR kodunu Birbank-da skan edərək ödəniş etdikdə 3% deyil, daha çox qazandıran “Aptek 4%” kateqoriyası ilə 4% keşbek qazanacaqsan

Məhsulun geri qaytarılması:

Əldə etdiyin məhsulu geri qaytarmaq istədikdə qeyd olunan ardıcıllığı izləyərək ödəniş məbləğini geri ala bilərsən:

1. Alış-veriş etdiyin partnyor məntəqəsinə yaxınlaşıb məhsulu geri qaytarmaq istədiyini və alış zamanı QR kodu ilə ödəniş etdiyini bildir.

2. Kassirin təqdim etdiyi QR kodunu Birbank tətbiqində skan edərək prosesi tamamla.

Qeyd:

Ödənişin geri qaytarılması zamanı QR kodu mütləq Birbank üzərindən skan edilməlidir. Əks halda vəsait geri qaytarılmayacaq.