Birbank Private xidmət şəbəkəsini genişləndirir
Ölkədə ən böyük xidmət şəbəkəsinə malik Kapital Bank Neftçilər pr.153 ünvanında yeni “Port Baku” filialını müştərilərinin istifadəsinə verildi. Yeni konsepsiya əsasında təqdim edilən filial həftə içi 5 gün saat 9:00-dan 17:00-dək müştərilərə ən yüksək səviyyədə xidmət göstərəcək. Filial bunun üçün bütün zəruri şəraitə və imkanlara malikdir.
Burada Birbank Private müştərilərinə əmanətlər, hesablaşma-kassa əməliyyatları, plastik kartlar, müxtəlif növ kreditlər və digər məhsullar təklif olunur. Həmçinin pərakəndə bankçılıqla bağlı xidmətlər üçün də müştərilər yeni filiala müraciət edə bilərlər.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.