Birbank kartları ilə bağlı komissiya dəyişikliyi
Yenilənmiş komissiya şərtləri ilə tanış olun:
1 iyul 2025-ci il tarixindən etibarən Birbank kartlarında şəxsi vəsaitlər üzrə aşağıdakı komissiya şərtləri qüvvəyə minir:
Ay ərzində bütün Birbank kartlarınızdan ümumi şəxsi vəsaitinizdən 5000 AZN-dək ekv. məbləğin bankımıza məxsus bankomatlardan nağdlaşdırılması və yerli bank kartlarına köçürülməsi pulsuzdur.
Ümumi məbləğ 5000 AZN-i ekv. keçərsə, bu əməliyyatlar üçün 1% komissiya hesablanacaq
(minimum 1 AZN/USD/EUR).
Nümunə:
Tutaq ki, siz ay ərzində 5200 AZN ekv. şəxsi vəsaitinizi nağdlaşdırmısınız və ya yerli karta köçürmüsünüz. Bu halda, 5000 AZN-lik ekv. hissə pulsuz, 200 AZN-lik ekv. hissə üçün isə 1%, yəni 2 AZN ekv. komissiya hesablanacaq.