KREDİTİN MƏBLƏĞİ

15 000 AZN-dən 100 000 AZN-dək

KREDİTİN MÜDDƏTİ

5 ilədək

İLLİK FAİZ DƏRƏCƏSİ

15%-dən başlayaraq

Tələblər

Təminat kimi qoyulacaq əmlak fərdi yaşayış evi, bağ evi, binada mənzil (1970-ci ildən yeni tikilən) və qeyri yaşayış sahəsi (obyekt) ola bilər.

Təminat qoyulacaq daşınmaz əmlak Bakı, Sumqayıt şəhərləri və Abşeronda yerləşməlidir.

Kredit məbləği daşınmaz əmlakın maksimal 65% həcmində veriləcək (məs. Dəyəri 100 000 AZN olarsa maksimal 65 000 AZN kredit veriləcək).

Girov (ipoteka) predmeti Abşeron, Pirallahı və Qaradağ rayonları ərazisində yerləşərsə KTN əmsalı 50% müəyyən olunur

Təminat qoyulacaq Daşınmaz əmlak borcalanın və ya onun birinci xətt (ana,ata,bacı,qardaş,əri/arvadı,övladları, nənə və baba) qohumuna (paylı mülkiyyətə icazə verilmir) məxsus ola bilər.

Əmlak sığortası mənzillər istina yalnız fərdi tikili və qeyri-yaşayış sahəsinə tətbiq edilir

İş stajı minimal 6 ay

Yaş min-22, maks - 65 (kişi), 62 (qadın)

Kredit Kapital Bank, eyni zamanda istənilən digər bankın əmək haqqı və pensiya kartı sahiblərinə verilə bilər

Sənədlər

Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd və sənədin notarial qaydada təsdiqlənmiş surəti.

Hərbiçi olduğu halda hərbi vəsiqə və şəxsiyyət vəsiqəsi (Hərbiçilər üzrə digər tələb edilən sənədlər İstehlak kreditləşməsi şərtlərinə uyğun)

Girov götürüləcək daşınmaz əmlak sahibinin şəxsiyyət vəsiqəsi, daşınmaz əmlakın çıxarışı, texniki pasportu. (Girovqoyan şərtlərdə qeyd olunmuş digər şəxs olarsa, borcalanla qohumluq əlaqəsini təsdiq edən sənəd)

Nikahın bağlanması barədə şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti. Subay olduğu halda subaylıq haqda arayış. (Boşanma faktı olduğu halda məhkəmə qətnaməsi və nikahın pozulması haqda şəhadətnamə)

Borcalanın (borcalanların) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış, əmək haqqı kartlarından bank çıxarışları və s.)

Kapital Bank tərəfindən 15 000 AZN-dən 100 000 AZN-dək təklif edilən Dasinmaz Emlak Krediti girov qoymaqla kredit əldə etməyinizə imkan yaradır. Təminat olaraq qoyula bilən fərdi yaşayış evi, bağ evi, binada mənzil (1970-ci ildən yeni tikilən) və qeyri yaşayış sahəsi kimi daşınmaz əmlak Bakı, Sumqayıt şəhərləri və Abşeronda yerləşməlidir. Ev girovu ile kredit elde etmənizə imkan tanıyan kredit məhsulu üçün təminat olaraq qoyulan daşınmaz əmlak borcalanın və ya onun birinci xətt (ana,ata,bacı,qardaş,əri/arvadı,övladları, nənə və baba) qohumuna (paylı mülkiyyətə icazə verilmir) məxsus ola bilər. Minimun 22, maksimum 65 (kişi), 62 (qadın) yaşlı şəxslər üçün nəzərdə tutulan krediti əldə etmək üçün Kapital Bank tərəfindən minimal 6 aylıq iş stajı tələb olunur.

Daşınmaz əmlak təminatlı kredit

Daşınmaz əmlak təminatlı kredit nədir?

Daşınmaz Əmlak krediti müştərilərə banka girov qoyulan ev müqavilində verilən kredit növüdür. Kredit əldə etmək üçün girov qoyulacaq əmlak Bakı, Sumqayıt və Abşeron ərazisində yerləşən fərdi yaşayış evi, bağ evi, 1970 ci ildən sonra tikilən bina evi ola bilər.

Kreditin məbləği nə qədərdir?

Kredit məbləği daşınmaz əmlakın maksimal 65% dəyərində müəyyən edilir və 15 000 AZN-dən 100 000 AZN -dək kredit təyin edilir.

Kreditin müddəti nə qədərdir?

Daşınmaz Əmlak Təminatlı kredit üçün maksimum müddət 5 ildir.

İllik faiz dərəcəsi nədir?

Daşınmaz Əmlak Təminatlı kredit üçün illik faiz dərəcəsi 15% -dən başlayır. Daşınmaz əmlakın növündən, məbləğindən, və kredit müddətindən asılı olaraq faiz dərəcələri dəyişə bilər.

Daşınmaz əmlak krediti almaq üçün tələb olunan keyfiyyətlər hansılardır?

Kredit əldə etmək üçün əsas tələblər Bakı, Sumqayıt və Abşeron ərazisində qeyd edilən meyarlara uyğun əmlaka malik olunmasıdır. Təminat qoyulacaq əmlak şəxsin özünə yaxud onun birinci xətt qohumuna (ana,ata,bacı,qardaş,əri/arvadı,övladları, nənə və baba)  məxsus ola bilər. Kredit götürənin yaşı minimum 22, maksimum 65 yaş (kişi) və 62(qadın) yaş aralığında olmalıdır. Digər banklardan əməkhaqqı və pensiya alan şəxslərədə kredit şamil edilir.