BirKart Umico Premium (Debet)

Kapital Bank və Umiconun birgə təqdim etdiyi, gündəlik alış-verişlərdən keşbek qazandıran unikal debet kartdır.

  • Kartın qiyməti 3 il - 50 AZN
  • Birbank Mobil tətbiqə qoşulma pulsuz
  • Valyuta seçimi AZN, USD, EUR
  • Kartın müddəti 36 ay

Kartı onlayn sifariş et

Şəxsiyyət Vəsiqəsinin FİN kodunu necə tapım?

  • old-fin Köhnə tip şəxsiyyət vəsiqəsi
  • new-fin Yeni Ş/Vni tip şəxsiyyət vəsiqəsi
055
50 AZN

Məlumatlar

  • Umico partnyorları üzrə 1,5%* + Umico Partnyor bonus cashback-i;
  • Ölkəxarici E-COM əməliyyatları üzrə 1,15
  • Qeyri-Umico partnyorları üzrə 0,65%

* 31.08.2022 tarixə qədər davam edəcək kampaniya çərçivəsində Umico partnyorlarında birdəfəlik ödənişlər üzrə minimal 1,5% keşbek məbləği tətbiq olunur.

Umico Keşbek – Alış-veriş məbləğinin bir hissəsinin Umico və Birbank mobil tətbiqlərindəki bonus hesabına qaytarılmasıdır. Bonuslar real pul ekvivalentindədir və Umico partnyor şəbəkəsindəki alış-verişlər zamanı istifadə edilə bilər. Umico və Kapital Bank-dan ortaq bonuslarınızı qazanmaq üçün alış-veriş edərkən həm BirKart Umico Premium bank kartı, həm də Umico bonus kartınızı kassirə təqdim etməyiniz kifayətdir.
Yığılmış cashback* məbləğinizi Birbank-dakı Bonuslar/Umico/Tarixçə bölməsində izləyə bilərsiniz. Alış-verişlərinizi maksimum sərfəli etmək və vəsaitlərinizin rahat idarə olunmasını təmin etmək üçün Birbank və Umico mobil tətbiqlərini yükləyin.

Umico Market-də alış-veriş zamanı kartın təqdim etdiyi üstünlüklər:

  • Pulsuz çatdırılma
  • Endirim və xüsusi təkliflər barədə öncədən məlumatlandırma
  • Alış-veriş üzrə şəxsi Umico məsləhətçisi - Yüksək cashback təklif olunan mağazaları tövsiyyə edir, eyni zamanda Umico Market-də axtardığınız məhsulun tapılması və sifarişinə dəstək olur

BirKart Umico Premium (Debet) ilə pulsuz nağdlaşdır, pulsuz köçür:

  • Ay ərzində hər bir kart hesabı üzrə 4 000 AZN-dək məbləğ Kapital Bank-ın ATM və POS terminallarından nağdlaşdırması (QR kod ilə nağdlaşdırma və "Cash by Code" xidmətləri daxildir) komissiyasızdır.
  • Birbank, UmicoBank və Kapital Bank-a məxsus ATM-lərdən (bankomat) ölkədaxili bank kartlarına kartdan karta əməliyyatları komissiyasızdır.
  • 4 000 AZN-dən yuxarı məbləğlər üçün standart tariflərə əsasən komissiya hesablanacaqdır (nağdlaşdırma 1% min. 1AZN/USD/EUR, kartdan karta 0.5% min. 1.50 AZN/USD/EUR). 

Qeydlər:

  • Qeyd olunan 4 000 AZN və ekvivalentinədək komissiyasız limit nağdlaşdırma və kartdan kartaəməliyyatları üzrə ümumi limit kimi tətbiq olunacaqdır;
  • Limit hər bir kart hesabına ayrıca tətbiq olunur. Müştərinin əsas kart hesabına bağlı əlavə kartı olduğu halda limit hər iki karta ümumi 4 000 AZN və ekvivalentinədək tətbiq olunacaqdır;
  • Limit təqvim ayı üzrə tətbiq olunduğu üçün hər ayın ilk günü yenilənəcəkdir;
  • Xarici valyutalı kartlarda limit 4 000 AZN ekvivalentinə kimi komissiyasız olaraq hesablanacaqdır;
  • Qeyd olunan komissiyasız nağdlaşdırma limiti yalnız Kapital Bank-ın ATM (bankomat) və POS terminallarında istifadə üçün nəzərdə tutulmuşdur;
  • Şərtlərdə qeyd olunan komissiyasız kartdan karta köçürmə limiti ölkədaxili banklara tətbiq olunur (limit Kapital Bank kartlarına köçürmələrə şamil olunmur). Qeyd olunan şərtlər daha öncə kart əldə etmiş müştərilərə də aiddir;
  • Şərtlər fiziki kart mövcud olmayan kartlardan xidmət şəbəkəsi kassalarından nağdlaşdırma üçün müraciət edən müştərilərə aid edilmir.

"MasterCard Airport Experiences" və "Lounge key" xidmətləri:

  • Hava limanlarında 900-dən çox lounge zallarına limitsiz daxil olmaq imkanı
  • SPA salonlarında xüsusi təkliflər əldə etmək imkanı
  • Hava limanlarında kafe və restoranlarda xüsusi endirimlər əldə etmək imkanı
  • Duty Free alış-verişləri zamanı endirimlər əldə etmək imkanı

 

*Umico bonusları ilə 1 ay ərzində qazanıla bilinən maksimum keşbek məbləği 500 AZN-dir. Bu limitdən yuxarı bonuslar hesablanmır və növbəti ay üçün də nəzərə alınmır.
Birbank mobil tətbiqindən aparılan əməliyyatlara keşbek aşağıdakı cədvəl üzrə hesablanır:

Birbank üzrə aparılan əməliyyatlarda

Əməliyyat növü Кэшбэк
Kommunal 0.1 %
Mobil, TV, internet 0.3 %
Digər* 0.1 %