BirKart Cashback (Debet)

1%-dən başlayan keşbek imkanı. Keşbek partnyor mağazalarda partnyor üzrə təyin edilmiş faiz dərəcəsi ilə hesablanır.

  • Kartın qiyməti 3 illik 15 AZN
  • Birbank Mobil tətbiqə qoşulma pulsuz
  • Valyuta seçimi AZN/USD/EUR
  • Kartın müddəti 36 ay

Məlumatlar

BirKart Cashback Debet kartı Kapital Bank-ın təqdim etdiyi, əməliyyatlar zamanı xərclədiyiniz məbləğin bir hissəsini geri qaytarmaq imkanını verən keşbek funksiyalı unikal bank kartdır.

BirKart Cashback (Debet) ilə pulsuz nağdlaşdır, pulsuz köçür

  • Ay ərzində hər bir kart hesabı üzrə 4 000 AZN-dək məbləğ Kapital Bank-ın ATM və POS terminallarından nağdlaşdırması (QR kod ilə nağdlaşdırma və "Cash by Code" xidmətləri daxildir) komissiyasızdır.
  • Birbank, UmicoBank və Kapital Bank-a məxsus ATM-lərdən (bankomat) ölkədaxili bank kartlarına kartdan karta əməliyyatları komissiyasızdır.
  • 4 000 AZN-dən yuxarı məbləğlər üçün standart tariflərə əsasən komissiya hesablanacaqdır (nağdlaşdırma 1% min. 1AZN/USD/EUR, kartdan karta 0.5% min. 1.50 AZN/USD/EUR). 

Qeydlər:

  • Qeyd olunan 4 000 AZN və ekvivalentinədək komissiyasız limit nağdlaşdırma və kartdan kartaəməliyyatları üzrə ümumi limit kimi tətbiq olunacaqdır;
  • Limit hər bir kart hesabına ayrıca tətbiq olunur. Müştərinin əsas kart hesabına bağlı əlavə kartı olduğu halda limit hər iki karta ümumi 4 000 AZN və ekvivalentinədək tətbiq olunacaqdır;
  • Limit təqvim ayı üzrə tətbiq olunduğu üçün hər ayın ilk günü yenilənəcəkdir;
  • Xarici valyutalı kartlarda limit 4 000 AZN ekvivalentinə kimi komissiyasız olaraq hesablanacaqdır;
  • Qeyd olunan komissiyasız nağdlaşdırma limiti yalnız Kapital Bank-ın ATM (bankomat) və POS terminallarında istifadə üçün nəzərdə tutulmuşdur;
  • Şərtlərdə qeyd olunan komissiyasız kartdan karta köçürmə limiti ölkədaxili banklara tətbiq olunur (limit Kapital Bank kartlarına köçürmələrə şamil olunmur). Qeyd olunan şərtlər daha öncə kart əldə etmiş müştərilərə də aiddir;
  • Şərtlər fiziki kart mövcud olmayan kartlardan xidmət şəbəkəsi kassalarından nağdlaşdırma üçün müraciət edən müştərilərə aid edilmir.

Birbank üzrə aparılan əməliyyatlarda

Əməliyyat növü Cashback
Kommunal 0.1 %
Mobil, TV, internet 0.3 %
Digər* 0.1 %