Depozitin məbləği

500 AZN/USD-dan başlayır.

Maksimal illik faiz dərəcəsi

8%-dir.

Kapital depoziti kalkulyatoru

Kapital əmanəti ilə yüksək faiz əldə etməklə yanaşı müddətin yarısınadək məbləğı artıra bilərsiniz.

Aylıq

Müddətin sonu

12 ay 18 ay 24 ay 36 ay
  • Ümumi faiz gəliri

    3 200

  • Aylıq faiz gəliri

    133.33

Şərtlər

Əmanətin müddəti - 12, 18, 24, 36

Minimal məbləğ - 500 AZN/USD

Maksimal məbləğ - məhdudiyyət yoxdur.

Faizlərin ödənilməsi - aylıq və müddətin sonunda

Əmanətin artırılması - müddətin yarısına qədər (minimal artırılan məbləğ 100 AZN/USD)

Əmanətin azaldılması

1. Vaxtından əvvəl tam çıxarılan əmanətlər üzrə hədiyyə kartın dəyəri bankın cari tarifinə əsasən müştəri tərəfindən ödənilir(qeyri rezident müştərilər üzrə verilən 3 illik hədiyyə kartlarının dəyəri rezident müştərilərin kart tarifləri ilə tənzimlənir). Əmanət müqaviləsi prolonqasiya olunduqdan sonra müvafiq müqavilə çərçivəsində əmanətin vaxtından əvvəl tam çıxarılması zamanı hədiyyə kartının dəyəri tutulmur.

2. Xarici valyutada (USD) vaxtından əvvəl çıxarılan əmanətlər üzrə faiz ödənilmir, azaldılan hissə min. 100 AZN/USD, əmanət 500 AZN/USD qalanadək azaldıla bilər.

3. Otuz (30) təqvim günündən tez çıxarılan milli valyutada yerləşdirilən əmanətlərə faiz ödənilmir.

4. Əmanətin rəsmiləşmə tarixindən on beş (15) təqvim günü ərzində əmanət tam çıxarıldığı halda müştəridən beş (5) AZN komissiya tutulur.

Müddətin uzadılması

1. Əmanət müddəti qurtardıqdan sonra ertəsi gün əmanətçi əmanətin qaytarılmasını tələb etmədikdə həmin dövrdəki tarif və şərtlərdə eyni əmanət şərtləri mövcud olduğu halda həmin şərtlərlə, digər bütün hallarda isə Bankın birtərəfli qaydada müəyyən etdiyi şərtlərlə uzadılır. (hesablanmış faizlər əmanət məbləğinin üzərinə əlavə olunmur)

Əlavə şərtlər

1. Yalnız faizlərin aylıq ödənişi halında müştəriyə depozit faizlərinin alınması üçün hesab valyutası əmanət valyutası ilə eyni olan 3 illik, pulsuz Depozit kartı (Visa Electron/ Maestro) verilir. Eyni zamanda depozit faizlərinin aylıq yaxud müddətin sonunda ödənilməsindən asılı olmayaraq müştəriyə, öz istəyinə əsasən əmanətin qalıq məbləği aşağıdakı məbləğlərə uyğun olduqda, müvafiq bölgü əsasında hesab valyutası əmanət valyutası ilə eyni olan 3 illik pulsuz debet kart (bundan sonra – “Hədiyyə kartı”) verilə bilər. Verilən kartların müddəti bitdikdə müştərinin müvafiq kartlarla əlaqəli olan əmanət müqaviləsi aktivdirsə (prolonqasiya olunmuşdursa) yeni 3 illik, pulsuz Depozit və Hədiyyə kartı sifariş olunur. Müştərinin istəyinə əsasən ona düşən Hədiyyə kartının əvəzinə daha aşağı kateqoriya kart verilə bilər. Hər iki kart (depozit və hədiyyə) itirildiyi və ya zədələndiyi halda, ilk verilən karta müvafiq olaraq müştəriyə pulsuz yeni kart verilir (əvvəlki kart hesabı saxlanılır və yeni kart əvvəlki kartın bitmə müddətinədək verilir). Vaxtından əvvəl tam çıxarılan əmanətlər üzrə depozit kartın dəyəri tutulmur, hədiyyə kartının dəyəri isə Bankın cari tarifinə əsasən müştəri tərəfindən ödənilir (qeyri-rezident müştərilər üzrə verilən 3 illik hədiyyə kartlarının dəyəri rezident müştərilərin kart tarifləri ilə tənzimlənir). Əmanət müqaviləsi prolonqasiya olunduqdan sonra müvafiq müqavilə çərçivəsində əmanətin vaxtından əvvəl tam çıxarılması zamanı hədiyyə kartının dəyəri tutulmur. (500 – 50 000) AZN/USD olduqda - Visa Classic/MasterCard Standard/Birkart Umico; (50 000- 100 000) AZN/USD olduqda - VISA Gold/MasterCard Gold; 100 000 AZN/USD və artıq olduqda - VISA Platinum/MasterCard Platinum/BirKart Miles debet.

Kartlar

1. Depozit kartı

2. Hədiyyə kartı

Kredit xətti

1. Müştərinin istəyinə əsasən əmanət məbləğinin maksimum 80%-i həcmində min.500 AZN/USD olmaqla nağd kredit və ya kartla kredit xətti verilə bilər. Bu zaman nağd kredit və ya kredit xətti üzrə faiz manatda əmanət faizi +5%, USD-da +4% təşkil edir.

Faiz dərəcələri

Depozit müddəti (aylar üzrə) Faizlər aylıq ödənildikdə Faizlər müddətin sonunda ödənildikdə
AZN
USD
AZN
USD
12
6.0%
6.5%
0.1%
18
6.5%
7.0%
24
7.0%
0.2%
7.5%
0.3%
36
7.5%
0.4%
8.0%
0.5%

Əmanət üzrə illik faiz dərəcəsi Əmanətlərin Sığortalanması Fondu tərəfindən müəyyən edilmiş qorunan əmanətlər üzrə faiz dərəcəsindən yüksək olduğu halda, müştərinin istəyinə əsasən əmanət, Əmanətlərin Sığortalanması Fondu tərəfindən müəyyən edilmiş qorunan əmanətlər üzrə faiz dərəcəsi ilə qəbul oluna bilər (bu halda müştəridən razılıq ərizəsi alınmalıdır).

Depozitlər nağd pulunuzu idarə etməyə başlamağın ən uyğun yoludur. Kapital depozitləri isə sərmayə qoya biləcəyiniz ən sərfəli bank hesablarından biridir. Bu məhsul vəsaitlərinizi saxlamağın etibarlı və gəlirli yollarındandır. Kapital depozitləri sizə yalnızca vəsaitlərinizi dəyərləndirməkdə kömək etmir, eyni zamanda kredit xətti əldə etməyinizə imkan tanıyır. Aylıq və ya müddətin sonunda ödənilən bank depozit faizləri üçün maksimal miqdar 8% olaraq müəyyən edilmişdir. Müştərilərə kredit xətti əldə etmə imkanı tanıyan bu məhsul vasitəsiylə istəyə uyğun olaraq depozit məbləğinin maksimum 80%-i həcmində min.500 AZN/USD olmaqla nağd kredit və ya kartla kredit xətti verilə bilər. Depozit kalkulyatoru ilə faiz miqdarlarınızı asanlıqla hesablaya bilərsiniz. Banka depozit pul qoymaq üçün müraciət etməyiniz kifayətdir.