MilliÖN-də Kapital Bank kartının balansını artır və hədiyyə qazan

Paylaş:

2023-05-12

Müştərilər lotereya müddətində Kapital Bank kartına MilliÖN ödəmə terminallarından minimum 10 AZN dəyərində mədaxil zamanı hədiyyələr qazanmaq üçün şanslar əldə edəcək.

Tarix: 15.05.2023 – 30.06.2023 (hər iki tarix daxil)

İştirak edir: Bütün Kapital Bank kartları

Şərtlər:

  • Bütün eyniləşdirilmiş və mədaxil edilməsi mümkün olan Kapital Bank kartı sahibləri lotereyada iştirak edirlər (maaş kartları, Birbank debet və taksit kartları və s.);
  • Kapital Bank kartına MilliÖN ödəmə terminallarından edilmiş hər 10 AZN dəyərində mədaxil müştəriyə 1 şans qazandırır. Məsələn: müştəri birdəfəlik 100 AZN mədaxil edərsə, 10 şans qazanmış olacaq;
  • Lotereyada iştirak üçün ancaq MilliÖN terminalında Kapital Bank pəncərəsindəki "Kart hesabının artırılması" vasitəsilə minimum 10 AZN mədaxil etmək lazımdır. Yəni həmin pəncərədə olan digər ödənişlər - "Kredit ödənişi", "Cari hesabın artırılması", "Əmanətin artırılması" və "Bank rüsumlarının ödənişi" üzrə edilmiş ödənişlər müştəriyə lotereyada iştirak şansı qazandırmır.
  • Kapital Bank kartına 10 AZN-dən aşağı məbləğdə mədaxil müştəriyə şans qazandırmır;
  • Digər ödəmə terminallarından kart balansının artırılması müştəriyə şans qazandırmır;
  • MilliÖN saytından, mobil tətbiqindən və ya ödəmə terminalından edilən kredit ödənişləri müştərilərə şans qazandırmır;
  • Müştərilərin lotereyada şans sayları limitlənməyib;
  • Müştərilər əgər həftə ərzində şans qazanıblarsa, onlara həftənin cümə, şənbə və ya bazar günləri hər kart üzrə toplam şanslarının sayı barədə SMS və ya Birbank tətbiqində bildiriş göndəriləcək;
  • Lotereyada yalnız 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər;
  • PashaPay və Kapital Bank əməkdaşları (rəhbər şəxslər və işçilər) lotereyada iştirak etmirlər;
  • Müştərinin bir neçə Kapital Bank kartı varsa, hər biri lotereyada iştirak edəcək, yəni qaliblər yekunda kart hesabı üzərindən seçiləcək;
  • Bir ədəd kart lotereyada maksimum bir dəfə qalib ola bilər;
  • Bir müştəri hər kartı üzrə 1 dəfə olmaqla bir neçə dəfə qalib ola bilər;
  • Qaliblər lotereya bitdikdən sonra təsadüfi üsulla seçiləcək.
  • Qaliblərin seçilməsi MilliÖN və Kapital Bank-ın sosial media səhifələrindən canlı yayımlanacaq. 
  • Qaliblər 14 iyul, saat 16:00-da təsadüfi seçimlə seçiləcək.


Hədiyyələr - Say

Toyota Corolla avtomobili - 1 ədəd

iPhone 14 Pro 128 GB - 5 ədəd

iPad (10th Generation) 64 GB Wi-Fi - 10 ədəd


Qaliblər seçildikdən sonra bu barədə SMS, yaxud Birbank mobil tətbiqinin bildirişi vasitəsilə məlumat əldə edəcəklər. 

Cari iş günündə edilən mədaxil əməliyyatına uyğun şanslar həmin günün sonunda və ya növbəti iş günlərində hesablanır.

Həftəsonu və qeyri-iş günlərində edilən mədaxil əməliyyatına uyğun şanslar isə növbəti iş günlərində hesablanır.