Бизнес услуги

POS-Terminal
Nağdsız ödənişlərin sürətlə inkişaf etdiyi dövrdə Kapital Bank müştərilərinə daha rahat və təhlükəsiz alış-veriş imkanlarından yararlanmaq üçün POS-terminal xidmətini təqdim edir. Kapital Bankın POS xidməti beynəlxalq ödəniş sistemlərinin təhlükəsizlik üzrə bütün tələblərinə cavab verir.
POS terminal sifariş et
  • Visa və Mastercard beynəlxalq ödəniş kartlarını qəbul etmək;
  • NFC texnologiyası ilə kart olmadan smartfonlar vasitəsilə təmassız ödəniş qəbul etmə imkanı
  • Taksitli ödənişlərin qəbulu
  • 100 AZN-dək ödənişləri PİN-kodu daxil etmədən kartı yaxınlaşdırmaqla ödəniş qəbul etmək imkanı
  • Cashback və millərin dərhal hesablanılması
  • Wifi və ya GPRS kanalları vasitəsi ilə şəbəkəyə qoşulma özəlliyi
  • Sərfəli şərtlərlə və rahat qoşulma imkanı;
  • Xidmətin aktivləşdirilməsi üçün ilkin texniki dəstək;
  • Çatdırılma xidməti üçün daşına bilən POS-terminalla təmin olunma;
  • Müştəri Bank (internet bankçılıq) vasitəsilə əməliyyatlara nəzarət edə bilmə imkanı;
  • Kapital Bank-ın layihələrində (loyallıq, taksit və s.) iştirak edǝrǝk geniş alıcı seqmentinə çıxış imkanı;
  • Kapital Bank-ın təqdim etdiyi kampaniya, xidmətlərdən yararlanaraq biznesin genişləndirilməsi imkanı;
  • Müştəri və məhsul arasında məsafə problemlərinin aradan qaldırılması;
  • Nağd vəsaitin, daşınma, işçi və s. xərclərin azaldılması;
  • Nağdsız dövriyyənin artması ilə nağd əməliyyat xərclərindən və risklərindən azad olma;
  • Xidmətlərin fasiləsizliyini təmin edə bilmək;
  • Kassada ödənişlərin qəbulu üzrə əməkdaşın iş yükünün və vaxt sərfinin azalması;
  • Ödənişlərinin daha sürətli aparılması və kassada növbələrin azalması;
  • Kart istifadəçilərinin nağdsız ödənişləri nəticəsində satış həcminin artması;
  • Kassada saxta pulların qəbulu riskinin azalması;
  • Nağd pulun saxlanması və daşınması ilə bağlı yaranan risklərin azalması və s.
  • Müştərilərə qaytarılması üçün kiçik əsginaslara və qəpiklərə ehtiyacın azalması;
  • Nağd vəsaitlərin qəbulu üzrə iş yükünün və inkassasiya edilməsinə ehtiyacın azalması.
  • Kiçik və orta biznes sahibləri
  • Pərakəndə satış nöqtələri (Barkod üzrə satış, məhsulların çəki ilə satışı)
  • Kafe və Restoranlar (Yeməklərin çəki ilə satılması, Endirim kartlarının tətbiq olunması)
  • Xidmət sahələri (Endirim kartlarının tətbiq olunması, Manual endirim imkanı)
  • Çatdırılma xidmətləri (Öncədən verilən sifarişlərlə işləmə imkanı, Avtonom rejimdə işləmə müddəti, Hava şəraitlərindən asılı olmayaraq işləmə imkanı)

Pos-terminalın istifadəsi ilə bağlı Partnyordan tutulan xidmət haqqı:

  • Aylıq dövriyyəsi 1000 (min) AZN-dən aşağı olan pos-terminallardan istifadə ilə bağlı Bank tərəfindən aylıq 30 (otuz) AZN xidmət haqqı tutulur.
  • Bank Pos-terminalın partnyora təqdim edilməsi zamanı Şirkətdən bankın müəyyən etdiyi məbləğdə zəmanət məbləğinin ödənilməsini tələb edə bilər.

Pos-terminal vasitəsi ilə aparılan əməliyyatlar üzrə Partnyordan tutulan xidmət haqqı:

  • Kapital Banka məxsus kartlar ilə aparılan hər ödəniş məbləğindən: 1.5%
  • Digər banklara məxsus kartlar ilə aparılan hər ödəniş məbləğindən: 2%
  • Taksit əməliyyatları üzrə xidmət haqqı: Bank ilə əldə edilən razılaşmaya əsasən, komissiya məbləği (taksit sayı üzrə) dəyişə bilər.

Tez-tez verilən suallar