Biznes xidmətlər

POS-Terminal
Nağdsız ödənişlərin sürətlə inkişaf etdiyi dövrdə Kapital Bank müştərilərinə daha rahat və təhlükəsiz alış-veriş imkanlarından yararlanmaq üçün POS-terminal xidmətini təqdim edir. Kapital Bankın POS xidməti beynəlxalq ödəniş sistemlərinin təhlükəsizlik üzrə bütün tələblərinə cavab verir.
POS terminal sifariş et
  • Visa və Mastercard beynəlxalq ödəniş kartlarını qəbul etmək;
  • NFC texnologiyası ilə kart olmadan smartfonlar vasitəsilə təmassız ödəniş qəbul etmə imkanı
  • Taksitli ödənişlərin qəbulu
  • 100 AZN-dək ödənişləri PİN-kodu daxil etmədən kartı yaxınlaşdırmaqla ödəniş qəbul etmək imkanı
  • Cashback və millərin dərhal hesablanılması
  • Wifi və ya GPRS kanalları vasitəsi ilə şəbəkəyə qoşulma özəlliyi
  • Sərfəli şərtlərlə və rahat qoşulma imkanı;
  • Xidmətin aktivləşdirilməsi üçün ilkin texniki dəstək;
  • Çatdırılma xidməti üçün daşına bilən POS-terminalla təmin olunma;
  • Müştəri Bank (internet bankçılıq) vasitəsilə əməliyyatlara nəzarət edə bilmə imkanı;
  • Kapital Bank-ın layihələrində (loyallıq, taksit və s.) iştirak edǝrǝk geniş alıcı seqmentinə çıxış imkanı;
  • Kapital Bank-ın təqdim etdiyi kampaniya, xidmətlərdən yararlanaraq biznesin genişləndirilməsi imkanı;
  • Müştəri və məhsul arasında məsafə problemlərinin aradan qaldırılması;
  • Nağd vəsaitin, daşınma, işçi və s. xərclərin azaldılması;
  • Nağdsız dövriyyənin artması ilə nağd əməliyyat xərclərindən və risklərindən azad olma;
  • Xidmətlərin fasiləsizliyini təmin edə bilmək;
  • Kassada ödənişlərin qəbulu üzrə əməkdaşın iş yükünün və vaxt sərfinin azalması;
  • Ödənişlərinin daha sürətli aparılması və kassada növbələrin azalması;
  • Kart istifadəçilərinin nağdsız ödənişləri nəticəsində satış həcminin artması;
  • Kassada saxta pulların qəbulu riskinin azalması;
  • Nağd pulun saxlanması və daşınması ilə bağlı yaranan risklərin azalması və s.
  • Müştərilərə qaytarılması üçün kiçik əsginaslara və qəpiklərə ehtiyacın azalması;
  • Nağd vəsaitlərin qəbulu üzrə iş yükünün və inkassasiya edilməsinə ehtiyacın azalması.
  • Kiçik və orta biznes sahibləri
  • Pərakəndə satış nöqtələri (Barkod üzrə satış, məhsulların çəki ilə satışı)
  • Kafe və Restoranlar (Yeməklərin çəki ilə satılması, Endirim kartlarının tətbiq olunması)
  • Xidmət sahələri (Endirim kartlarının tətbiq olunması, Manual endirim imkanı)
  • Çatdırılma xidmətləri (Öncədən verilən sifarişlərlə işləmə imkanı, Avtonom rejimdə işləmə müddəti, Hava şəraitlərindən asılı olmayaraq işləmə imkanı)

Pos-terminalın istifadəsi ilə bağlı Partnyordan tutulan xidmət haqqı:

  • Aylıq dövriyyəsi 1000 (min) AZN-dən aşağı olan pos-terminallardan istifadə ilə bağlı Bank tərəfindən aylıq 30 (otuz) AZN xidmət haqqı tutulur.
  • Bank Pos-terminalın partnyora təqdim edilməsi zamanı Şirkətdən bankın müəyyən etdiyi məbləğdə zəmanət məbləğinin ödənilməsini tələb edə bilər.

Pos-terminal vasitəsi ilə aparılan əməliyyatlar üzrə Partnyordan tutulan xidmət haqqı:

  • Kapital Banka məxsus kartlar ilə aparılan hər ödəniş məbləğindən: 1.5%
  • Digər banklara məxsus kartlar ilə aparılan hər ödəniş məbləğindən: 2%
  • Taksit əməliyyatları üzrə xidmət haqqı: Bank ilə əldə edilən razılaşmaya əsasən, komissiya məbləği (taksit sayı üzrə) dəyişə bilər.

Tez-tez verilən suallar

Dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuk olan fikizi şəxslər.
Hazırda bankımız tərəfindən Verifone X990 və Pax 1000 Anroid Smart POS modelleri təmin olunmaqdadır.
Bankımız vergi ödəyicisinin(müştərinin) istəyinə əsasən yalnız sadə POS-terminal və Smart Kassa + POS-Terminal xidməti göstərməkdədir.
Hazırda bankımızın ekvayrinq xidməti üzrə komissiya dərəcələri ON US - 1.5% və OFF US - 2% olaraq təklif olunmaqdadır.
ON US əməliyyatlar dedikdə müştəriyə verilmiş POS-Terminaldan keçən KapitalBank kartları ilə olan dövriyyə, OFF US əməliyyatlar dedikdə isə POS-Terminaldan keçən digər bank kartları ilə olan dövriyyə nəzərdə tutulur.
Müştərilərə təqdim olunan POS-Termianallar vasitəsilə ödəyicidən chip, magnit lenti, təmassız üsullarla ödənişlər qəbul oluna bilər.
Hazırda bankımız tərəfindən POS-Terminallar heç bir ödəniş və depozit tələb olunmadan verilir.
Bəli, Müştərilərə təqdim oluanan POS-Terminallar üzrə aylıq minimal dövriyyə tələbi 1000 AZN təşkil edir. Əks halda həmin müştərinin hesabından aylıq 30 AZN xidmət haqqı tutulmaqdadır.
Bəli, Müştərilər MüştəriBank xidmətindən istifadə edərək POS-Terminal sifarişini həyata keçirə bilərlər.
• POS-Terminal sifarişindən etibarən Bakı şəhəri üzrə 3 gün, Regionlara isə 7 gün ərzində çatdırılır.