POS-terminal ödənişlərində sənə özəl təklif

Поделиться:

2023-04-03

Bu təklifi sənə özəl hazırladıq!

8 aprel - 30 aprel 2023 (hər iki tarix daxil) aralığında Birbank Visa debet kartların ilə POS-terminal ilə ödəniş etdikdə 3% keşbek qazanacaqsan.

  • Müştərilər POS-terminal ödənişlərə görə (fiziki kartla, NFC, Apple Pay, Google Pay, Garmin Pay) 3% keşbek əldə edəcəklər;
  • Kampaniyada kredit ödənişləri, mərc oyunlarına ödənişlər iştirak etmir;
  • Kampaniyada köçürmə və nağdlaşdırma əməliyyatları iştirak etmir;
  • Keşbek limiti müştərinin maksimum keşbek limiti (məhsul şərtinə görə 500 AZN) üzrə məhdudlaşır;
  • Müştəri əlavə keşbek kateqoriyası seçərsə, müvafiq sahə üzrə ödənişlərdə yüksək olan keşbek faizi hesablanacaq. Məsələn, müştəri əlavə keşbek kateqoriyası kimi "Market" seçərsə, ona marketlərdə ödənişlər zamanı 2%+3%=5% deyil, toplam 3% keşbek veriləcək. Eyni zamanda müştəri "Bravo" kateqoriyasını seçərsə, ona Bravo alış-verişlərində toplam əlavə keşbek kimi 3% hesablanacaq.
  • Müştəri partnyorlardan 3% və daha yüksək keşbek əldə edirsə, ona kampaniya daxili keşbek hesablanmayacaq.
  • Müştərilərin kampaniya daxilində qazandıqları keşbek onların keşbek balansına yüklənəcək (Birbank Umico və Birbank Visa Infinite Miles debet kartları da daxil).

Kampaniyadan yalnız seçilmiş müştərilər yararlana bilərlər. Bu müştərilərə SMS, email, Birbank tətbiqi üzərindən bildiriş və ya story vasitəsilə kampaniya haqqında məlumat göndərilir.

Kampaniyada bu MCC kodlar* iştirak etmir: 9211, 9222, 9223, 9311, 9399, 9402, 6011, 6012, 8220, 7523, 5816, 6050, 6051, 9405, 6538, 6540, 4111, 4011, 4112, 4131, 1100, 7995, 4829, 6532, 6536, 6537, 7800, 7801, 7802, 9406, 9754.

* MCC kod - ticarət obyektinin, müəssisənin fəaliyyət növü və ya kateqoriyası onun MCC koduna uyğun təyin olunur.