Google Pay™ artıq Azərbaycanda!

Kapital Bank-ın ödəniş kart sahibləri Google Pay™ vasitəsilə ödənişləri təhlükəsiz və məxfi şəkildə edə bilərlər. Google Pay™ istifadəçiləri ödəniş kartını başqasına ötürmədən, ödəniş terminalının düymələrinə toxunmadan və nağd pula ehtiyac olmadan ödəniş etmək imkanı qazanıblar.
Ödənişi həyata keçirmək üçün müştəri Android™ əməliyyat sisteminə malik smartfonu və ya ağıllı saatı ödəniş terminalına yaxınlaşdırmalıdır. Google Pay™ vasitəsilə həyata keçirilən hər bir əməliyyat etibarlı qorunur, çünki istifadəçi onu Face ID, Touch ID və ya cihazın parolu ilə təsdiq etməlidir. Bundan başqa bütün əməliyyatlarda unikal birdəfəlik dinamik təhlükəsizlik kodu istifadə olunur. Google Pay™ ilə market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları, onlayn platformalar və bir çox digər yerlərdə ödənişlər etmək mümkündür.