Birbank Cashback debet kartlarını qarşılayın

Поделиться:

2022-07-07

Birbank Cashback debet kartlarını qarşılayın!

Birbank mobil tətbiqindən, Kapital Bank-ın ATM və POS terminallarından, həmçinin ölkədaxili digər bankların ATM-lərindən ay ərzində hər bir kart hesabı üzrə 4 000 AZN-dək məbləğin nağdlaşdırılması (QR kod ilə nağdlaşdırma və "Cash by Code" xidmətləri daxildir) komissiyasızdır.

Birbank mobil tətbiqindən və Kapital Bank-a məxsus ATM-lərdən (bankomat) ay ərzində hər bir kart hesabı üzrə 4 000 AZN-dək məbləğin ölkədaxili bank kartlarına kartdan karta köçürmə əməliyyatları komissiyasızdır. 

4 000 AZN-dən yuxarı məbləğlər üçün isə standart tariflərə əsasən komissiya hesablanacaqdır (nağdlaşdırma 0.5% min. 1 AZN/USD/EUR, kartdan karta 0.5% min. 1 AZN/USD/EUR). 

2 qat ƏDV-ni necə əldə etmək olar?

Əməliyyat Birbank Cashback debet kart ilə aparılmalıdır. Kassa operatorunun təqdim etdiyi çek edvgerial.kapitalbank.az və Birbank tətbiqindən skan edilməlidir, əks halda əlavə (2 qat) keşbek məbləği qaytarılmır;

Çeki skan etmədən öncə kart sahibinin FİN kodu və edvgerial.kapitalbank.az portalında qeydiyyatda olan FİN kod eyni olmalıdır, əks halda 2 qat ƏDV bonusu qaytarılmır;

Ödəniş tam olaraq nağdsız və ya birdəfəlik şəkildə kartla ödənilməldir;

Əməliyyat zamanı kassa aparatı ilə POS terminal aparatının çap etdiyi çeklər arasında vaxt fərqi 30 dəqiqədən artıq olduğu halda 2 qat ƏDV bonusunun qaytarılması mümkün olmayacaq;

Birbank Cashback debet kartı ilə 1.5-30%-dək keşbek qazana bilərsiniz.

Birbank Cashback debet kartı ilə nağdsız ödənişlər zamanı 1.5%, partnyor mağazalarında isə 30%-dək keşbek qazana bilərsiniz. 

Birbank tətbiqində aparılan əməliyyatlarda da keşbek qazanacaqsınız, bu zaman keşbeklər aşağıdakı cədvələ uyğun hesablanacaqdır:

Əməliyyat növü

Cashback

Kommunal, Mobil, TV və İnternet

0.5 %

Köçürmələr və digər ödənişlər

0.001 %

Birbank Cashback debet kartları ilə qalığa 6% gəliri necə qazanmaq olar?

AZN valyutalı Birbank Cashback debet kartlarında minimal 500 AZN və yuxarı şəxsi vəsait qalığı olduğu halda qalığa illik 6% dəyərində depozit gəliri aylıq keşbek bonus balansına köçürüləcəkdir. 

USD və EUR valyutalı Birbank Cashback debet kartlarında isə qalığa depozit gəliri illik 0.1% ilə hesablanacaqdır.

Birbank Cashback debet kartlarını pulsuz əldə edə bilərsiniz.

Birbank Cashback debet kartını Kapitalbank.az və birbank.az saytlarından, Birbank tətbiqindən və Birbank Rəqəmsal Mərkəzlərindən sifariş verdikdə kartı pulsuz əldə edə biləcəksiniz.

Bravo, Bizim Market, BolMart, GrandMart və Rahat marketlərindən əldə edilmiş Birbank Cashback debet kartına görə isə 1 AZN ödəniş kartınız Birbank mobil tətbiqində eyniləşdirildikdən dərhal sonra geri qayıdacaqdır. Supermarketlərdən əldə olunan kartın eyniləşdirmə prosesi ilə “Birbank Cashback debet kartının eynilləşdirilməsi prosesinin” addımlı izahında tanış ola bilərsiniz. Eyniləşdirmə prosesini keçmədiyiniz halda qeyd olunan kartı yalnız "İstifadəçisi eyniləşdirilməyən əvvəlcədən ödənilmiş kart" kimi istifadə edə bilərsiniz.

Birbank Cashback debet kartlarını birbaşa Kapital Bank filial və şöbələrindən sifariş etdiyiniz halda kartın qiyməti 3 illik 15 AZN təşkil edəcəkdir.

Qeydlər:

  1. Qeyd olunan 4 000 AZN və ekvivalentinədək komissiyasız limit nağdlaşdırma və kartdan karta əməliyyatları üzrə ümumi limit kimi tətbiq olunacaqdır;
  2. Limit hər bir kart hesabına ayrıca tətbiq olunur. Müştərinin əsas kart hesabına bağlı əlavə kartı olduğu halda limit hər iki karta ümumi 4 000 AZN və ekvivalentinədək tətbiq olunacaqdır;
  3. Limit təqvim ayı üzrə tətbiq olunduğu üçün hər ayın ilk günü yenilənəcəkdir;
  4. Xarici valyutalı kartlarda limit 4 000 AZN ekvivalentinə kimi komissiyasız olaraq hesablanacaqdır;
  5. Qeyd olunan komissiyasız nağdlaşdırma limiti Kapital Bank-ın ATM (bankomat) və POS terminalları, ölkədaxili digər bankların ATM-lərindən istifadə və ölkədaxili digər bank kartlarına köçürmə üçün nəzərdə tutulmuşdur. (Limit Kapital Bank kartlarına köçürmələrə şamil olunmur – Kapital Bank kartlarına köçürmə tamamilə komissiyasızdır)
  6. Şərtlər fiziki kart mövcud olmayan kartlardan xidmət şəbəkəsi kassalarından nağdlaşdırma üçün müraciət edən müştərilərə aid edilmir.
  7. 1 ay ərzində qazanıla bilinən maksimum keşbek məbləği-dir. Bu limitdən yuxarı keşbek hesablanmır və növbəti ay üçün də nəzərə alınmır. Şəxsi vəsaitin qalığına hesablanmış depozit faiz məbləği bu limitə şamil edilmir.
  8. İllik 6%-dək qalıq gəliri (depozit gəliri) qazandıran Birbank Cashback debet kartları ilə aylıq maksimum 10 AZN dəyərində qalıq gəliri (depozit gəliri) qazanmaq mümkündür.