Biznes

Maliyyə Stressi Nədir?

Maliyyə Stressi Nədir?

Maliyyə Stressini Necə İdarə Etmək Olar?

Maliyyə Stressi Nədir?

Maliyyə stressi dünyada ən çox yayılmış stress növündən və bu bir çox hallarda və müxtəlif şəraitdə özünü göstərə bilər. Maliyyə stressinə səbəb ola biləcək amillər işinizi itirmək və ya ixtisar olunmaq, uzun müddət işsiz qalmaq, tam zamanlı iş tapa bilməmək, borclarınızı vaxtı vaxtında ödəyə bilməmək, kredit kart ödənişləri, artan yaşayış minimum xərclərini qarşılaya bilməmək və s bütün bunlar maliyyə stresinə səbəb ola biləcək amillər sırasındadır.

Hər kəs pul qazanmaq və onu daha effektiv şəkildə idarə etmək barədə düşünə bilər, bu qeyri-adi bir hal deyil, lakin bu insanın fiziki və emosianal sağlamlığına və şəxsi münasibətlərinə təsir edirsə, bu ciddi problemə çevrilə bilər. Təəssüf ki, pul ilə əlaqədar stress keçirdiyimiz zaman tək təsirlənən maddi vəsaitimiz olmur. Maliyyə stressi pul, borc, gələcək və ya cari xərclərlə bağlı narahatlıq, stress və ya emosional gərginlik vəziyyətidir. Stressin yaranmasında ən əsas məsələ isə pul ilə əlaqədardır.

Amerika Psixologiya Assosiasiyasının(APA) 2015-ci il hesabatına görə, amerikalıların 72%-i il ərzində bir neçə dəfə maliyyə stressi keçirir. Tipik olaraq, bu gəlir və xərclərin bir biri ilə düz gəlməməsindən qaynaqlanır.

Maliyyə Stressinin Simptomları

Maliyyə stressinin simptomları digər stress simptomları ilə oxşardır. Lakin bu sizin pul haqqında olan düşüncənizə, rəftarınıza və hisslərinizə ciddi təsir göstərəcəkdir. Maliyyə stressi ilə üzləşən hər bir kəs aşağıdaki simptomlar ilə üzləşir:

  • Pul haqqında davamlı olaraq narahatçılıq keçirirlər və maddi sıxıntıları düşündükcə ürək döyüntüləri sürətlənir,
  • Borcları ilə əlaqədar bütün zəng, mail və mesajlara cavab vermirlər, 
  • Cəmiyyət arasında özlərini qısırlar və xəcalət hissi keçirirlər
  • İnsanlardan get gedə uzaqlaşaraq asosyallaşırlar və öz sosial planlarını iptal edirlər. Buda əsasən maddi sıxıntılar ilə əlaqədardır.
  • Stress anında əsəbi olurlar və insanlara xüsusi ilə maddi vəziyyəti ilə əlaqələndirdiyi müdirlərinə qarşı qəzəb hissi duyurlar.
  • Gələcək ilə əlaqədar olan ümidsizlikləri və narahatçılıqları get gedə artır və özlərini köməksiz hiss edirlər.
  • Özlərinə qarşı olan hörmət və daxili motivasiyaları getdikcə azalır.

Simptomlar həmçinin fiziki olaraq şəxsdə baş, mədə və digər bədən ağrıları ilə də özünü göstərə bilər. Maddi problemlərin öhdəsindən gələ bilməmək şəxslərin zərərli vərdişlərə audə olmasına, asılılığada gətirib çıxara bilər. Bu da, həmin şəxslərin həm iş həm də şəxsi həyatında ciddi çətinliklərə səbəb ola bilər. Belə olan hallarda tibbi yoxlanışdan keçməyə ehtiyac vardır.

Maliyyə Stressinin Təsirləri

Həyatda puldan vacib şeylərin olduğunu hamımız bilsək də, maddi cəhətdən problemlərlə üzləşdiyimiz zaman qorxu və stress bizi ələ almağa başlayır. Bu stress özünə hörmət hissini zədələyə, ümidsizlik və depressiyaya gətirib çıxara bilər. Maddi vəziyyətiniz həddən artıq ağırlaşdıqda ağlınızda, bədəninizdə və sosial həyatınızda ümumiyyətlə sağlamlığınızda ciddi problemlərlə üzləşə bilərsiniz.

 

Maliyyə stressi aşağıdakılara səbəb ola bilər:

 

  • Yuxusuzluq və ya digər yuxu problemləri. Ödənilməmiş hesablar, borclar, gəlir itkisi ilə bağlı olan narahatlıqlar sizi gecələr şirin yuxunuzdan edəcəkdir və yuxusuzluq problem yaşamağa başlayacaqsınız.
  • Çəki artımı və ya itkisi. Maliyyə problemləri sizi bir ya iki yeməkdən imtina etməyə məcbur edə ya da normal yemək vərdişlərinizi daha da poza bilər.
  • Depressiya. Pul problemləri hər kəsi ruh düşkünlüyünə, çarəsizliyə və gələcək ilə əlaqədar qayğılarının artmasına gətirib çıxarır. Belə olan halda, insan öz konsenterasiya və qərar vermə qabiliyyətini itirir və bunda çətinliklər yaşamağa başlayır. İngiltərənin Nottingem Universitetində aparılan araşdırmaya görə, borclu insanların depressiyaya düşmə ehtimalı digər insanlara münasibətdə iki dəfədən çox olur.
  • Özünə qayğı göstərməyə marağın olmaması. Maddi sıxıntılar səbəbindən pula qənaət etmək üçün özünüz üçün etdiyiniz sosial fəaliyyətlərdən getdikcə uzaqlaşırsınız. Bunlara idman zalına getmək, dostlarla yemək və gəzintiyə çıxmaq, həkim ziyarətləri və ya digər sosial fəaliyyətlər aid ola bilər.
  • Narahatlıq. Ödənilməmiş hesablar və gəlir itkisi ilə bağlı bütün narahatlıqlar ürək döyüntüsü, tərləmə, hətta panik atak kimi narahatlıq əlamətlərini tətikləyə bilər.
  • Münasibətlərdə çətinliklər. Cütlüklərin mübahisə etdiyi ən ümumi məsələ kimi pul tez-tez qeyd olunur. Nəzarət olunmazsa, maliyyə stressi hətta ən güclü münasibətlərin belə təməllərini məhv edə bilər.
  • Baş ağrısı, mədə-bağırsaq problemləri, diabet, yüksək qan təzyiqi və ürək xəstəlikləri kimi fiziki xəstəliklər də maddi stress səbəbindən yarana bilər. Pulsuz tibbi xidmətin olmadığı ölkələrdə insanlar əlavə xərclərə məruz qalmaq qorxusu ilə həkimə müraciət etməyi gecikdirməyə də çalışacaqdır buda sağlamlıqlarında problemlər ilə nəticələnəcəkdir.
  • Çox içmək, qeyri-qanuni dərmanlardan istifadə etmək, qumar oynamaq və ya həddindən artıq yemək kimi naraharlıq doğuran audəçiliklərə qurşanmağ. Pul sıxıntısı hətta özünə zərər verməyə, intihar düşüncələrinə gətirib çıxara bilər.

 

maliyye streessinin idarə olunmasi

Maliyyə Stressinin İdarə Edilməsi

Maliyyə stressi bir çox insanın üzləşdiyi ən əsas problemlərdən biri olsa da bundan qurtulmaq üçün aşağıda qeyd edilən tövsiyyələr yararlana bilərsiniz. Tövsiyyələrə əməl edərək və nəzarət edərək siz öz maliyyə stressinizdən və onun yaratdığı çətinliklərdən qurtula bilərsiniz.

  1. İnvestisiya edin.

Maliyyə stressinin qarşısını almağın bir neçə yolu var və ən təsirli üsullardan biri ağıllı investisiyalar etməkdir. Pulunuzu ağıllı şəkildə investisiya etmək sizin maliyyə təhlükəsizliyini təmin edə və uzunmüddətli maliyyə məqsədlərinizə çatmağınıza kömək edə bilər. İnvestisiya etməyə başlamazdan əvvəl, sizin üçün mövcud olan müxtəlif investisiya variantlarını başa düşmək çox vacibdir. Səhmlər, istiqrazlar, qarşılıqlı fondlar, daşınmaz əmlak və s. bütün bunları analiz edərək sizin üçün ən uyğun olan variant seçib gələcək üçün yatırım edə bilərsiniz.

  1. Büdcənizi planlaşdırın

Düzgün planlaşdırma və idarəetmə ilə möhkəm büdcə yaradaraq maliyyə gərginliyinin qarşısını ala bilərsiniz. Büdcə yaratmaq ilk addımdır. Maliyyə stressinin qarşısını almağın açarı büdcənizə sadiq qalmaqdır. Büdcənizi daha doğru idarə edə bilmək üçün mütəmadi olaraq izləmək çox vacibdir. Nə etdiyinizi görmək və lazımi düzəlişlər etmək üçün büdcənizi mütəmadi olaraq nəzərdən keçirin. Müəyyən bir kateqoriyada davamlı olaraq həddindən artıq xərcləyirsinizsə, əlavə xərcləri ödəmək üçün gəlirinizi artırmağın və ya xərcləri azaltmağın yollarını nəzərdən keçirin. Büdcənizi effektiv şəkildə həm qorumaq, həm də mövcüd büdcəni artırmaq üçün Kapital Bank-ın depozit məhsullarından istifadə edərək daha gəlirli hala gətirə bilərsiniz.

  1. Xərclərinizi izləyin.

Büdcə yaratmaqda ilk addım gəlir və xərclərinizi izləməkdir. Maaş və ya əlavə gəlir kimi bütün gəlir mənbələrinizi və hesablarınızı, kirayə, ərzaq məhsulları və digər aylıq xərclər daxil olmaqla xərclərinizi izləyin. Gəlir və xərclərinizi izləmək sizə maliyyə vəziyyətiniz haqqında aydın təsəvvür yaradacaq və xərclərinizi azalda biləcəyiniz sahələri müəyyən etməyə kömək edəcək. Birbank mobil tətbiqi vasitəsilə həm gəlir həm də xərclərinizi effektiv şəkildə izləyə bilərsiniz.

Gəlir və xərcləriniz haqqında dəqiq təsəvvürünüz olduqdan sonra xərclərinizi prioritetləşdirin. Mənzil, kommunal xidmətlər və ərzaq məhsulları kimi hansı xərclərin vacib olduğuna qərar verin və müvafiq olaraq vəsait ayırın. Sonra, çöldə yemək və ya əyləncə kimi qeyri-vacib xərcləri müəyyənləşdirin və bu sahələrdə nə qədər xərcləyə biləcəyinizlə bağlı məhdudiyyətlər qoyun.

  1. Təcili yardım fondu yaradın.

Təcili yardım fondu sizin bütün borclarınızı etdikdən sonra etdiyiniz qənaətinizdir. Özünüzə ən uyğun aylıq qənaət rejimini tutaraq hər ay müəyyən miqdar vəsaitinizi özünüz üçün yaratdığınız fondunuza qoyun. Bu sizə maddi rahatlıq gətirəcəkdir.

  1. Borclarınızı bağlayın

Faiz dərəcəsindən asılı olmayaraq borclarınızı ən kiçikdən böyüyə siyahıya salın. Ən kiçik borcunuza sahib olduğunuz ilk olaraq ödəməyə başlayın. 

  1. Emosional xərclərdən çəkinin.

Stressli olduğunuz zaman, emosional xərcləmələrdən çəkinin. Bu, sarsıntısı anında sadecə olaraq xərclərinizi artıracaqdır. Bu xərclər stresinizi bir anlığa unutmağınıza kömək edə bilər. Ancaq problemi həll etməyəcək. Sadəcə onu daha da pisləşdirəcək. Beləliklə, narahatlığınızı unutmağa çalışmaq üçün mağazaya və ya onlayn tətbiqlərinizə qaçmaq əvəzinə, maliyyə stressi ilə həqiqətən məşğul olmaq lazımdır.

  1. Məqsədlər qoyun.

Xərclərinizi çatdırmadığınız zaman pul hədəflərini təyin etmək çətin ola bilər. Ancaq hədəflər sizi xərcləriniz üzərində daha çox nəzarət etməyə kömək edəcəkdir. Hədəfləriniz indi kiçik görünürsə, narahat olmayın. Pul məqsədləri təyin etmək sizə gələcək xəyallarınızın gerçəkləşməsində rol oynayacaqdır.

  1. Nəzarət olunan xərclər edin.

Fərdlər və ya təşkilatlar öz gəlir və xərclərini dəqiq başa düşdükdə, maliyyələrini idarə etmək və xərcləmə qərarlarını vermək üçün daha yaxşı təchiz olunmuş olurlar. Büdcə yaratmaq və xərcləri izləməklə, fərdlər həddindən artıq xərclədikləri sahələri müəyyən edə və vərdişlərini buna uyğun tənzimləyə bilərlər.

 

Birbank Cashback

  • Bonus - 30%-dək keşbek və 2 qat ƏDV
  • Partnyorlar - 7500-ə yaxın
  • Kartın qiyməti - pulsuz
  • Güzəşt müddəti - 63 günədək
Sifariş et

Birbank Umico

  • Keşbek - 1.3%-dək başlayan
  • Partnyorlar - 7500-ə yaxın
  • Kartın qiyməti - pulsuz
  • Güzəşt müddəti - 63 günədək
Sifariş et

Birbank Miles

  • Millərin toplanması - 1 AZN = 1 Mil
  • Partnyorlar - 7500-ə yaxın
  • Kartın qiyməti - pulsuz
  • Güzəşt müddəti - 63 günədək
Sifariş et

Birbank Umico Premium

  • Keşbek - 1.9%-dək başlayan
  • Partnyorlar - 7500-ə yaxın
  • Kartın qiyməti - pulsuz
  • Güzəşt müddəti - 63 günədək
Sifariş et