Biznes

10 Addımda Maliyyə Azadlığı əldə edin

10 Addımda Maliyyə Azadlığı əldə edin

10 Addımda Maliyyə Azadlığı əldə edin

Maliyyə Azadlığı Nədir?

Maliyyə azadlığı şəxsin maddiyat baxımdan azad olması, maddi problemləri ilə bağlı narahatçılığının olmaması deməkdir. Bu o deməkdir ki, şəxs işdən asılı olmayaraq yaşamaq üçün müəyyən müddət ərzində qənaət edə, investisiya edə və passiv gəlir əldə edə bilər.

Maddi azadlığına nail olmaq üçün qənaət etmək, borcları azaltmaq, investisiya qoymaq və passiv gəlir mənbələri yaratmaq lazımdır. Bu uzunmüddətli prosesdir və nizam-intizamlı maliyyə planlaması tələb edir. Passiv gəlir deyiləndə ağla ilk gələn modellərdən kirayə ev verilməsidir. Qazandığınız pulu bir evə investisya edə bilər və normal gəlirinizdən əlavə passiv gəlir əldə edə bilərsiniz. Şəxsi maşınınızı kirayə vermək, investisiyalarınız, səhm və istiqrazlarınız da passiv gəlir növlərinə daxildir.

Maliyyə müstəqilliyi insana vaxtını istədiyi kimi xərcləyə bilmək, işini tərk etmək və diqqətini həyatın digər sahələrinə yönəltmək imkanı verir və şəxs maliyyə stressi və narahatlığı ilə üzləşmədən həyat tərzinə rahatlıqla davam edə bilir.

Maliyyə Azadlığına Nail Olduqda Nə Baş Verir?

Bu halda siz  işləmək məcburiyyətində qalmadan yaşamaq üçün kifayət qədər maliyyə resurslarına malik olursunuz. . Bu da, fərdin gəlirinin onun xərclərindən çox olduğu bir vəziyyətdə baş verir. Hədəfinizə çatdığınız zaman həyatınızda çox şey dəyişə bilər. Bu dəyişikliklərin bəziləri aşağıdakılar ola bilər:

  • Daha çox azadlıq maddi azadlıq: Maddi cəhətdən azad olduğunuz zaman işinizdən asılı olmaq məcburiyyətində deyilsiniz. Daha çox azadlıq qazanırsınız, istədiyiniz yerdə, istədiyiniz zaman səyahət edə, hobbilərinizə daha çox vaxt ayıra bilərsiniz.
  • Stress və narahatlığınız azalır: Maliyyə stressi həyatımızda ən böyük narahatlıqlardan biridir. Siz bunu əldə etdikdə, maliyyə qayğılarından qurtulursunuz, bu da, daha az stressli və xoşbəxt bir həyat sürməyə imkan verir.
  • Daha yaxşı investisiyalar: bu azadlıq sizə daha yaxşı investisiyalar etmək üçün pulunuzdan istifadə etmək imkanı verir. Daha yaxşı investisiyalar edərək daha çox pul qazana bilərsiniz.
  • Gələcəyə daha yaxşı hazırlaşmaq: Maliyyə müstəqilliyinə nail olduqda, gələcəyə daha yaxşı hazırlaşa bilərsiniz. Təqaüd üçün investisiyalarınızı, əmanətlərinizi təşkil edə və gələcəkdə özünüzü maliyyə cəhətdən daha təhlükəsiz hiss edə bilərsiniz.

Nəticədə, maliyyə azadlığı həyatınızda bir çox müsbət dəyişikliklərə səbəb ola bilər. Daha çox azadlıq, rahatlıq, azaldılmış stress və daha yaxşı investisiyalar kimi üstünlüklərdən istifadə edə bilərsiniz. Ancaq unutmayın ki, maliyyə azadlığına nail olmaq səbr, nizam-intizam və fədakarlıq tələb edir.

Maliyyə Təhlükəsizliyi, Maliyyə Müstəqilliyi yoxsa Maliyyə Azadlığı? 

Maliyyə təhlükəsizliyi, maliyyə müstəqilliyi və maliyyə azadlığı — bu terminlər tez-tez bir-birini əvəz edir. Bununla belə, onlar tam olaraq eyni deyillər.

  • Maliyyə təhlükəsizliyi: Bu, həqiqi maliyyə azadlığına nail olmaq üçün ilk mərhələdir. Maddi cəhətdən təminatlı bir vasitə olmaqla, bir gün işinizi tərk etsəniz belə, əsas yaşayış xərclərinizi ödəmək üçün kifayət qədər passiv gəlirinizin olması deməkdir və bu da sizə işiniz olmadığı müddətdə də yaşayış xərclərinizi qarşılamaq imkanı verəcəkdir. 
  • Maliyyə müstəqilliyi: Bu, ikinci mühüm mərhələdir. Maliyyə müstəqilliyinə nail olmaq o deməkdir ki, siz işsiz həyat tərzinizi davam etdirmək üçün kifayət qədər passiv gəlirə malik olmağınızdır.
  • Maliyyə azadlığı: Maddi cəhətdən azad olmaq o deməkdir ki, passiv gəlir mənbələrindən qazanclarınız həmişə arzuladığınız həyat tərzini yaşamaq üçün kifayət qədərdir.

Nəticə olaraq, maliyyə azadlığı və maliyyə müstəqilliyi özünüzü maliyyə cəhətdən azad və güclü hiss etməyə kömək edən iki fərqli anlayışlardır. Hər ikisi fərqli addımlar tələb edə bilər, lakin hər ikisi maliyyə təhlükəsizliyi və azadlıq hissi yaradacaq.

Maliyyə Azadlığını Necə Qazanmaq Olar

Maliyyə azadlığına nail olmaq hər kəs üçün arzu kimi görünə bilər, lakin hər kəs düzgün addımlar atmaqla bu məqsədə çata bilər.  Bu addımların bəziləri aşağıdakı kimidir:

  1. Büdcəni necə qurmağı öyrənin

Pulunuz üçün bir planınız yoxdursa, pulunuzun hara xərcləndiyi ilə bağlı yalnız hər ayın sonunda maraqlanacaqsınız. Bu da sizin üçün maliyyə müstəqilliyi yox maliyyə fəlakəti ilə nəticələnə bilər.

Büdcənizi əvvəlcədən planlaşdırmırsınızsa maddi baxımdan rahatlıqdan söhbət gedə bilməz. Pulunuzu hara yönəldəcəyinizi əvvəlcədən planlaşdırıb təyin etməlisiniz. Hər ayın əvvəli əsas xərclərinizi müəyyən edin və pulunuzu doğru şəkildə xərclərinizə yönləndirin. Müəyyən sahələr üzrə davamlı olaraq artıq və ya az xərcləyirsinizsə, hər zaman həmin kateqoriyalar üzrə məbləği tənzimləyə bilərsiniz. Unutmayın ki, maddi azadlıq təsadüfən əldə edilmir və ən önəmli faktorlardan biri büdcənizin doğru yönləndirilməsidir.

  1. Həyatınızdan borcu silin

Kredit kartları, ev yaxud avtomobil kreditləri kimi borcunuz varsa, onları nəzarətdə saxlamaq lazımdır. Çünki hər ay yüzlərlə zəhmətlə qazandığınız pulları borc ödənişləri olaraq banklara və kreditorlara göndərdiyiniz müddətcə, heç vaxt həqiqətən maliyyə müstəqilliyinə nail ola bilməyəcəksiniz. Borcunuzu həll etməyə başlamazdan əvvəl 1000 AZM qənaət etdiyinizə əmin olun və fövqəladə hallar üçün hər zaman ehtiyat pulunuz olsun. 

  1. Maliyyə məqsədlərini təyin edin

Hər kəs maddi rifaha çatmağı arzulayır lakin bunun üçün əvvəlcədən düşünülmüş maliyyə məqsədləri olmalıdır. Məqsəd olmadan heç bir arzunu reallaşdırmaq elə də inandırıcı görünmür. Bu səbəbdən məqsədlərinizi müəyyən etmək çox vacibdir. 

Maliyyə məqsədlərinizi müəyyən edərkən bunlara diqqət etmək lazımdır:

  • Spesifik olun – ümumi bir məqsəd yerinə daha aydın və anlaşılan məqsədlər təyin edin.
  • Ölçüləbilən hədəflər təyin edin;
  • Hədəflərə çatmaq üçün son tarix  müəyyən edin;
  • Öz hədəflərinizi qurduğunuzdan əmin olun;
  • Hədəflərinizi daima yazmağı unutmayın.
  1. Karyera seçiminizdə diqqətli olun

Sevmədiyiniz bir işdə ilişib qalmayın və öz kariyeranızı riskə atmayın: 

  • Hər zaman sonunu düşünərək işinizi seçin, və sizin ümumi məqsədləriniz ilə üst-üstə düşdüyündən əmin olun;
  • Xəyal etdiyiniz maaşı əvvəldən almasanız belə, dəyəriniz artdıqca gəlirinizin artması üçün fürsətlərin olduğundan əmin olun;
  • Karyera artımı imkanlarının olub-olmamasını müəyyən edin;
  • Sevmədiyinizbir yerdə karyera qurmağa çalışmayın.

  1. Fövqəladə hallar üçün qənaət edin

Hamımızın başına gələ biləcək gözlənilməz həyat hadisələri üçün daima ehtiyat maliyyəniz olsun .

Birbank Cashback

  • Bonus - 30%-dək keşbek və 2 qat ƏDV
  • Partnyorlar - 7500-ə yaxın
  • Kartın qiyməti - pulsuz
  • Güzəşt müddəti - 63 günədək
Sifariş et

Birbank Umico

  • Keşbek - 1.3%-dək başlayan
  • Partnyorlar - 7500-ə yaxın
  • Kartın qiyməti - pulsuz
  • Güzəşt müddəti - 63 günədək
Sifariş et

Birbank Miles

  • Millərin toplanması - 1 AZN = 1 Mil
  • Partnyorlar - 7500-ə yaxın
  • Kartın qiyməti - pulsuz
  • Güzəşt müddəti - 63 günədək
Sifariş et

Birbank Umico Premium

  • Keşbek - 1.9%-dək başlayan
  • Partnyorlar - 7500-ə yaxın
  • Kartın qiyməti - pulsuz
  • Güzəşt müddəti - 63 günədək
Sifariş et