Birbank Visa kart sahibləri üçün Payız kampaniyası

Paylaş:

2022-09-19

Birbank Visa kart sahibləri üçün Payız kampaniyası!

Kampaniya müddətində müştərilər Birbank Visa taksit kartı ilə taksit əməliyyatı etdikdə böldükləri taksit aylarının sayı qədər (AZN) pul qazanacaqlar.

Tarix: 19 sentyabr - 19 oktyabr (hər iki tarix daxil)

İştirak edir: Birbank Visa taksit kartları (həm yeni Birbank Visa kartları, həm də əvvəlki BirKart Visa kartları)

Şərtlər:

Qeyd edək ki, kampaniyadan yararlanmaq üçün əməliyyat məbləği minimum təyin olunmuş məbləğdən yuxarı olmalıdır.

  • Partnyor mağazalarda edilmiş 100 AZN və yuxarı məbləğdə əməliyyatı 2 və ya 3 aylıq taksitə bölərsə;
  • Partnyor mağazalarda edilmiş 200 AZN və yuxarı məbləğdə əməliyyatı 2, 3, 6, 9 və ya 12 aylıq taksitə bölərsə;
  • Partnyor mağazalarda edilmiş 300 AZN və yuxarı məbləğdə əməliyyatı 2, 3, 6, 9, 12, 18, 21 və ya 24 aylıq taksitə bölərsə.

Nümunə 1: Müştəri 120 AZN-lik 3 aylıq taksitlə əməliyyat edərsə 3 AZN pul qazanacaq. Lakin müştəri 120 AZN-lik 24 aylıq taksitli əməliyyat edərsə 24 AZN qazanmayacaq. Çünki 24 aylıq taksit əməliyyatına görə 24 AZN qazanmaq üçün minimal əməliyyat məbləği 300 AZN olmalıdır.

Nümunə 2: Müştəri 350 AZN-lik 6 aylıq taksitli əməliyyat edərsə 6 AZN pul qazanacaq və ya həmin əməliyyatı 21 aylıq taksitə bölərsə 21 AZN qazanacaq.

  • Birbank Mastercard® kart sahibləri kampaniyada iştirak etmir.
  • Kampaniyada birdəfəlik ödənişlər və ninja ödənişlər iştirak etmir.
  • Müştəri kampaniyadan müddətində yalnız bir dəfə yararlana bilər.
  • Qazanılmış məbləğ müştərinin keşbek balansında əks olunacaq.