Maksimal məbləğ

20 000 AZN

Minimal və maksimal müddət

36 - 240 ay

Komissiya

0%

İlkin ödəniş

10%

Ətraflı məlumatlar

Şərtlər
Müştərinin iş yeri regionda olmalıdır.
Müştərinin əmək müqaviləsi üzrə rəsmi gəliri olmalıdır.
İllik faiz dərəcəsi 6% müəyyən olunub.
İpoteka zonasında Bakı, Abşeron, Sumqayıt ərazi vahidləri istisnadır.
Kredit minimum 18 maksimum 35 yaş həddində müştərilər üçün nəzərdə tutulub.
Mənzilin dəyəri maksimum 60 000 AZN olmalıdır.
Mənzilin sahəsi maksimum 100 kv. m.(çıxarış üzrə ümumi sahə nəzərə alınır) olmalıdır.
Yaşayış minimumu hər ailə üzvü üçün 50 AZN nəzərdə tutulub.
Cari günə gecikmə olmamalı və son bir il ərzində istənilən kredit öhdəliyi üzrə (bağlı və ya aktiv) birdəfəlik 90 gündən çox (MKR-də 90+) gecikmə olmamalıdır.
İpoteka krediti üzrə aylıq ödəniş aylıq xalis gəlirin 70%-dək hesablanır.
Cəmi kredit ödənişlərinin və digər xərclərin məbləği aylıq xalis gəlirin 100%-dək hesablanır.
Mənzilin qiymətləndirilməsi Kapital Bank ASC tərəfindən daxili qiymətləndirilmə ilə həyata keçirilir.
İpoteka kreditinin alınması üçün tələb olunan sənədlər
Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd və sənədin notarial qaydada təsdiqlənmiş surəti.
Nikahın bağlanması barədə şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti. Subay olduğu halda subaylıq haqda arayış. (Boşanma faktı olduğu halda məhkəmə qətnaməsi və nikahın pozulması haqda şəhadətnamə)
Borcalanla (borcalanlarla) birgə yaşayan yetkinlik yaşına çatmış və yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin notarial qaydada təsdiqlənmiş surəti.
Borcalanın (borcalanların) ailə tərkibi haqqında arayışı
Borcalanın (borcalanların) əmək müqaviləsi və ya onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti. (hər səhifəsi təsdiqlənməlidir)
Borcalanın (borcalanların) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış, əmək haqqı kartlarından bank çıxarışları və s.)
Borcalanın (borcalanların) iş yeri özəl müəssisə olduqda borcalanın (borcalanların) son 12 ay ərzində fərdi şəxsi hesabında yazılan məlumatlardan çıxarış (B3 forma özəl müəssisə tərəfindən təsdiqlənmiş) və özəl müəssisənin son 1 ilinin vergi bəyannaməsi (Müvafiq vergi orqanının təsdiqilə)
Borcalanın (borcalanların) və həyat yoldaşının doğum şəhadətnamələri surəti.
Digər xərclər
Əsas və əlavə gəlirdən tutulmalar (gəlir vergisi, sosial sığorta və s.);
İpoteka predmetinin sığortası üzrə ödənişlər;
Borcalanların həyat sığortası üzrə ödənişlər;
Mülkiyyətində olan/olacaq yaşayış sahəsi ilə bağlı xərclər (texniki xidmət, kommunal xidmətlər və s.);
Ailə üzvlərinin və himayəsində olanların saxlanılması xərcləri (Ailə üzvləri dedikdə müştərinin özü də sayda nəzərə alınmalıdır)
Digər öhdəlik üzrə ödənişlər, alimentlər, zaminlik öhdəliyi və s.

İpoteka krediti sifarişi.

İpoteka sifarişi üçün formanı doldurun

Şəxsi məlumat

Şəxsiyyət vəsiqəsi

Rəsmiləşdirmə

Şəxsi məlumat

not_error

Mobil nömrə

not_error

Mobil nömrənizə növbəti addımlarda sms təsdiq kod gələcəyinə görə zəhmət olmasa aktiv mobil nömrənizi daxil edin.

İpoteka krediti

Mənzil sahibi olmaq və ya yeniləmək istəyənlərə sərfəli şərtlərlə daxili ipoteka kredit təklifi

not_error
3 il 20 il
  • Kredit məbləği

    0

  • Aylıq ödəniş

    0

  • İllik faiz dərəcəsi

    0 %

Sifariş et

Regionlarda sosial ipoteka 18-35 yaş aralığında regionda işləyən əhali üçün nəzərdə tutulan kredit məhsuludur. Regionlar üzrə insanların mənzilə olan tələbatını ödəmək üçün hazırlanmış bank məhsulu üçün faiz dərəcəsi 6 % müəyyən olunmuşdur. İpoteka ilə əldə ediləcək mənzilin maksimum dəyəri 60 000 AZN olmalıdır. Mənzilin qiymətləndirilməsi Kapital Bank tərəfindən həyata keçirilir. Regionlarda yaşayan əhali üçün nəzərdə tutulan Sosial İpoteka kreditindən yararlanmaq üçün onlayn sifariş formasını doldurmağınız kifayətdir.