Kreditin minimal və maksimal məbləği

30 000 - 250 000 AZN

Kreditin müddəti

3-20 il (36 - 240 ay)

İllik faiz dərəcəsi

10%-dən başlayaraq

Şərtlər

İllik faiz
Çıxarışlı və çıxarışsız

1. 3-10 il ~ 10%;

2. 10-15 il ~ 11%;

3. 15-20 il ~ 12%;

Komissiya haqqı
Kreditə görə komissiya haqqı 0,5% təşkil edir.
Notarius hesabından məxaric (müvafiq hesab Kapital Bank ASC-dən olmalıdır) 0,5% təşkil edir.
Minimal ilkin ödəniş
Müştərinin rəsmi gəliri olduqda: 30%
Müştərinin qeyri-rəsmi gəliri olduqda: 40%
Digər şərtlər
Yaş həddi – 18-62 arası olan şəxslər. (Müştərinin yaşı kredit müddətinin sonuna qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır).
Ödəniş forması - Müəyyən olunmuş qrafik üzrə bərabər aylıq ödənişlər (annuitet)
İpoteka krediti üzrə aylıq ödəniş məbləği: İpoteka üzrə aylıq ödəniş məbləği müştərinin gəlirinin 70%-dən çox olmamalıdır
İpoteka əldə edə biləcək şəxslər:

1. Borcalan Azərbaycan Respublikası vətəndaşı olmalıdır

2. Birgəborcalan və zamin Azərbaycan Respublikası vətəndaşı eyni zamanda ölkə ərazisində rəsmi gəliri olan daimi və müvəqqəti yaşayış icazəsi olan xarici ölkə vətəndaşları ola bilər

Məhsul şərtlərində və “Kapital Bank” ASC-nin Daxili İpoteka Kreditinin verilməsi proseduru”-da qeyd olunmayan keditin verilməsinə dair tələbləri müəyyən edən digər şərtlər “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditinin qiymətləndirilməsi, rəsmiləşdirilməsi və xidmət olunması Qaydaları” ilə tənzimlənir.

Ətraflı məlumatlar

İpoteka kreditinin alınması üçün tələb olunan sənədlər
Borcalanın (borcalanların) şəxsiyyətini təsdiq edən sənəd.
Nikahın bağlanması barədə şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti. Subay olduğu halda subaylıq haqda arayış. (Boşanma faktı olduğu halda məhkəmə qətnaməsi və nikahın pozulması haqda şəhadətnamə)
 Borcalanla (borcalanlarla) birgə yaşayan yetkinlik yaşına çatmış və yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədləri.
Rəsmi gəlir olduqda;

1.  Borcalanın (borcalanların) əmək müqaviləsi və ya onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti (hər səhifəsi təsdiqlənməlidir). Borcalanın iş yerinə dair məlumatlar e-gov-dan əldə edildiyi halda qeyd edilən sənədlər tələb edilməyə bilər.

2. Borcalanın (borcalanların) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış, əmək haqqı kartlarından bank çıxarışları və s.).

Qeyri-rəsmi gəliri olan şəxslər və vergi ödəyicisi olan sahibkar olduqda;

1. Gəlirlərin təsdiq edilməsi üçün zəruri sənədlər tələb edilə bilər.

Borcalanın (borcalanların) və həyat yoldaşının doğum şəhadətnamələri surəti
İpoteka krediti ilə əldə oluna bilən yaşayış sahələri
Yeni tikili (çıxarışlı və çıxarışsız) binalarda mənzillər. Çıxarışsız mənzillərin alınması üçün digər çıxarışı olan daşınmaz əmlak (fərdi yaşayış sahəsi, mənzil və qeyri-yaşayış sahəsi) banka təminat kimi təqdim oluna bilər (partnyor tikinti şirkətləri istisna).
Köhnə tikili binalarda mənzillər:

1. 1970-ci ildən əvvəl tikilən 9 və yuxarı mərtəbəli

2. 1970-ci ildən sonra tikilən müəyyən layihəli binalar

Xüsusi arxitektur layihəli binalardakı mənzillər
Fərdi yaşayış və bağ evləri
İş yerinə dair tələb
Rəsmi gəliri olan Dövlət və özəl müəssisələrin əməkdaşları, həmçinin təqaüdçülər.
Qeyri-rəsmi gəliri olan şəxslər və vergi ödəyicisi olan sahibkarlar (VÖEN əsasında)
Təminatın qiymətləndirilməsi, əmlak və həyat sığortası
Əmlak və həyat sığortası üzrə sığortalanma prosesi bankda həyata keçirilir
Təminatın qiymətləndirilməsi bank tərəfindən həyata keçirilir
Kredit məbləği - partnyor şirkətlərində
Kredit məbləği - partnyor tikinti şirkətlərindən alınan mənzillər üzrə kredit məbləği maksimal 500 000 AZN təşkil edir

İpoteka krediti sifarişi.

İpoteka sifarişi üçün formanı doldurun

Şəxsi məlumat

Şəxsiyyət vəsiqəsi

Şəxsi məlumat

not_error

Mobil nömrə

not_error

Mobil nömrənizə növbəti addımlarda sms təsdiq kod gələcəyinə görə zəhmət olmasa aktiv mobil nömrənizi daxil edin.

Əməkdaşlıq etdiyimiz şirkətlər

FMG

FMG

*5775
(+994 50) 707-57-75
Səməd Vurğun 110, (Vurğun Residence Yaşayış Kompleksinin 1-ci mərtəbəsi)
[email protected]
www.fmg.az

Şərq-F  MMC

Şərq-F MMC

(+994 50) 207 18 12
(+994 70) 207 18 12
Bakı ş., Yasamal ray-u, İ. Qutqaşınlı 66
[email protected]
www.sherqf.az

İnşaatçı 3 MMC

İnşaatçı 3 MMC

(+99412) 497-84-94
(+99450) 271 99 77
Tələt Şıxəliyev 20
[email protected]
www.ddlar.com

PERSPEKTİVA 24

PERSPEKTİVA 24

(+994 50) 235 24 93
Nizami rayonu, Heydər Əliyev pr. 115/ 187 B, Caspian Sport Hotel & Plaza
[email protected]
www.baku.perspektiva24.com

İpoteka kalkulyatoru

İpoteka krediti hesablanması

İpoteka növü

not_error
not_error
not_error
not_error

Kredit məbləği

0 AZN

Aylıq ödəniş

0 AZN

İllik faiz dərəcəsi

0 %