BirKart debet kartları ilə

pulsuz nağdlaşdır, pulsuz köçür!

BirKart debet kartları ilə

pulsuz nağdlaşdır, pulsuz köçür!

Dəyişiklik haqqında

BirKart debet (BirKart ƏDV debet, BirKart Umico debet, BirKart Cashback debet, BirKart Miles Debet, BirKart Umico Premium debet, BirKart Miles Premium debet) kartlarının məhsul şərtlərinə aşağıdakı dəyişikliklər edilmişdir:

  • Ay ərzində hər bir kart hesabı üzrə 4 000 AZN-dək məbləğin Kapital Bank-ın ATM və POS terminallarından nağdlaşdırması (QR kod ilə nağdlaşdırma və "Cash by Code" xidmətləri daxildir) komissiyasızdır.
  • Birbank, UmicoBank və Kapital Bank-a məxsus ATM-lərdən (bankomat) ölkədaxili bank kartlarına kartdan karta əməliyyatları komissiyasızdır.
  • 4 000 AZN-dən yuxarı məbləğlər üçün standart tariflərə əsasən komissiya hesablanacaqdır (nağdlaşdırma 1% min. 1AZN/USD/EUR, kartdan karta 0.5% min. 1.50 AZN/USD/EUR).

 

Qeydlər:

  • Qeyd olunan 4 000 AZN və ekvivalentinədək komissiyasız limit nağdlaşdırma və kartdan karta əməliyyatları üzrə ümumi limit kimi tətbiq olunacaqdır;
  • Limit hər bir kart hesabına ayrıca tətbiq olunur. Müştərinin əsas kart hesabına bağlı əlavə kartı olduğu halda limit hər iki karta ümumi 4 000 AZN və ekvivalentinədək tətbiq olunacaqdır;
  • Limit təqvim ayı üzrə tətbiq olunduğu üçün hər ayın ilk günü yenilənəcəkdir;
  • Xarici valyutalı kartlarda limit 4 000 AZN ekvivalentinə kimi komissiyasız olaraq hesablanacaqdır;
  • Qeyd olunan komissiyasız nağdlaşdırma limiti yalnız Kapital Bank-ın ATM (bankomat) və POS terminallarında istifadə üçün nəzərdə tutulmuşdur;
  • Şərtlərdə qeyd olunan komissiyasız kartdan karta köçürmə limiti ölkədaxili banklara tətbiq olunur (limit Kapital Bank kartlarına köçürmələrə şamil olunmur). Qeyd olunan şərtlər daha öncə kart əldə etmiş müştərilərə də aiddir;
  • Şərtlər fiziki kart mövcud olmayan kartlardan xidmət şəbəkəsi kassalarından nağdlaşdırma üçün müraciət edən müştərilərə aid edilmir.

"Kapital Bank" ASC Azərbaycan Republikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 05 noyabr 2018-ci il tarixli 244 nömrəli Bank Lisenziyası əsasında fəaliyyət göstərir.