"Meet and Greet" xidməti - KAMPANİYA

Bu xidmət ilə bir neçə dəqiqə ərzində pasport və təhlükəsizlik nəzarətindən keçmək, baqajla bağlı köməklik almaq və istənilən qapıya qədər müşayiət olunmaq, həmçinin, biznes salonunda uçuşu rahat gözləmək mümkündür.

Fərdi Bankçılıq Visa Infinite Miles kart sahibləri "Meet and Greet" xidmətindən 2 deyil , 4 dəfə İstanbul və 4 dəfə Dubay hava limanlarında faydalana bilərlər.

Kampaniya 15.04.2023 dək keçərlidir.

"Meet and Greet" xidmətindən istifadə etmək üçün Visa Concierge Chat Bot-a daxil olub "Visa Travel", "FastTrack International" düymələrinə klik edərək "Meet and Greet" seçmək kifayətdir.

"Dreamland"dan xüsusi ipoteka təklifi!

Fərdi Bankçılıq müştərilərinə özəl, endirimli daxili ipoteka təklifi!
Artıq istədiyiniz mənzili standart şərtlərlə deyil, sizə özəl, endirimli şərtlərlə əldə edə bilərsiniz. 

  • İlkin ödəniş — 15%-dən başlayaraq.
  • Endirimli şərtlər: 3 il – 5%, 5 il – 5%, 10 il – 7.5%, 15 il – 8.5%, 20 il – 9.8%
  • Standart şərtlər: 3 il – 6%, 5 il – 7%, 10 il – 9%, 15 il – 10%, 20 il – 11%
 

Knightsbridge Residence-də Premium mənzil sahibi olun!

Fərdi Bankçılıq müştərilərinə özəl endirimli daxili ipoteka təklifi!
Artıq istədiyiniz mənzili standart şərtlərlə deyil, sizə özəl endirimli Daxili İpoteka şərtlərlə əldə edə bilərsiniz. 

İlkin ödəniş — 20%-dən başlayaraq.

Endirimli şərtlər:
3 il – 5%, 5 il – 5%, 10 il – 7.5%, 15 il – 8.5%, 20 il – 9.5%

Standart şərtlər:
3 il – 7%, 5 il – 7%, 10 il – 9%, 15 il – 10%, 20 il – 11%

Landau Təhsil krediti

"Landau" Təhsil krediti

VIP müştərilər üçün nəzərdə tutulan təhsil krediti ilə partnyorumuz və ölkənin öndə gedən, prestijli təhsil müəssisələrindən biri "Landau School"un tədris imkanlarından yararlana bilərsiniz. Hər bir tələbəyə uyğun təhsil paketləri üzrə individual kreditləşmə təklif edilir.

Mastercard-dan kəşbək

Mastercard-dan kəşbək

Premium Mastercard kartları sahibləri partnyor mağazalarda ödənişlər edərkən avtomatik olaraq kəşbək qazanacaqlar. Daha ətraflı: mtr.mastercardservices.com/az

Konsyerj xidməti

Konsyerj xidməti

İndi premium kart sahibləri gündəlik məsələləri sürətli və zəhmətsiz həll etmək imkanına sahibdirlər. Konsyerj xidməti – peşəkar assistentlər komandasının dəstəyi ilə sizə dünyanın istənilən yerində, istənilən məsələnin həllində 24/7 kömək edəcək.

Lazımlı məlumatların tapılması: (təyyarə, qatar və avtobusların hərəkət cədvəli, bütün müəssisələrin ünvanları və telefonları: mağazalar, xəstəxanalar və s.); Gündəlik işlərin yerinə yetirilməsi: (restoranda masa bronlaşdırma, yemək, gül, dərman sifarişi, lazımlı məlumatın yığılması və sistemləşdirilməsi, şəxsi xatırlatma – vacib hadisələrin yada salınması: ad günü, idman tədbiri, həkim qəbulu, su çatdırılması və s.); Səyahətin təşkili ( transfer, yaşayış yeri və avtomobil kirayəsi, itmiş baqajın qaytarılmasına yardım, marşrutun təşkili və s.).

Yaşınız qədər endirim qazanın!

Sağlam Ailə şəbəkəsi ilə birlikdə hazırladığımız “Yaşın qədər endirim”  xidməti ilə sizin qarşınızdayıq.
Bu fürsət, Konsyerj xidməti vasitəsilə əldə edilir və premium kartlar üçün nəzərdə tutulmuşdur.
Bununla da müştəri şəbəkənin bütün xidmətlərində yaşı qədər endirim qazanır!