Müştəri məmnuniyyəti səviyyəsini daim yüksək saxlamaq və şəxsi ehtiyaclarınızı qarşılamaq üçün Sizə Fərdi Bankçılıq paketini təklif edirik. Bank xidmətləri ilə yanaşı, Sizin tələb və gözləntilərinizə uyğunlaşdırılmış xidmət göstərmək üçün bölməmizin peşəkar əməkdaşları ilə birgə hər zaman yanınızdayıq.
Sizə aşağıda göstərilən xidmətlərdən yararlanmaq üçün köməklik göstərməyə hər zaman hazırıq.

Şəxsi menecer
Sorğularınızı cavablandırmaq, bank məhsulları və xidmətləri ilə bağlı dəstək göstərmək üçün təyin edilir.

Konsyerj xidməti
Dünyanın istənilən yerində sizin rahatçılığınızı təmin etmək üçün "VISA Concierge" 24/7 rejimində xidmətinizdə olacaq.

Fərdi Bankçılıq Çağrı Mərkəzi
Xüsusi xətt vasitəsilə əməliyyatları həyata keçirə və digər məlumatları əldə edə bilməyiniz üçün xidmətinizdədir.

Fərdi yanaşma
Xüsusi xidmət mərkəzində və bankın istənilən filialında növbəsiz və operativ xidmət almaq imkanı.

VIP kredit və qeyri-kredit məhsulları
Yalnız Fərdi Bankçılıq müştəriləri üçün xüsusi şərtlər ilə kredit və qeyri-kredit məhsullarından yararlanmaq imkanı.

Premium kart hədiyyə
Seçdiyiniz valyutada 3 illik Visa Infinite Miles və ya MC World Elite Miles kartını əldə edə bilərsiz.