Rəqəmsal depozit

Kapital Bank-ın təqdim etdiyi Rəqəmsal depozit sayəsində artıq depozit yerləşdirmək üçün banka getməyə ehtiyac yoxdur. Çünki Birbank tətbiqi ilə depozitinizi istənilən vaxt, istənilən yerdən yerləşdirə və tam 10%-dək gəlir qazana bilərsiniz. Üstəlik depozitiniz anında aktiv olacaq!

  • Depozitin məbləği 1 AZN-dən
  • Maksimal illik faiz dərəcəsi 10%*
  • Müddəti 36 ayadək
Müraciət et Müraciət et

Rəqəmsal depoziti kalkulyatoru

Rəqəmsal depozit ilə yüksək faiz əldə etməklə yanaşı, müqavilənin bitmə tarixinə 3 təqvim günü qalanadək məbləği artıra bilərsiniz.

1 ay 3 ay 6 ay 12 ay 18 ay 24 ay 36 ay
  • Ümumi faiz gəliri

    3 200

Hesablamada faiz gəlirlərinə 10% vergi ilə bağlı şərtlər nəzərə alınmayıb.

Məlumatlar

  • Əmanətin müddəti – 1, 3, 6, 12, 18, 24, 36;
  • Minimal məbləğ – 1 AZN;
  • Maksimal məbləğ – məhdudiyyət yoxdur;
  • Faizlərin ödənilməsi – müddətin sonunda;
  • Əmanətin artırılması - müqavilənin bitmə tarixinə 3 təqvim günü qalanadək; minimal artırılan məbləğ 10 AZN.
  • 1 yanvar 2024-cü ildən qüvvəyə minən Vergi Məcəlləsindəki dəyişikliklərə (maddə 102.1.22) əsasən:
    - 18 ay və ya daha artıq müddətə manat depoziti yerləşdirərkən faizləri istər müddətin sonunda, istərsə də aylıq götürməyi seçsəniz, faiz gəlirinin tam hissəsi 3 il ərzində 10% vergidən azad edilir;
    - 18 aydan az müddətə manat depoziti yerləşdirərkən faizləri müddətin sonunda götürməyi seçsəniz, şərti olaraq aylıq faiz gəliri hesablanır və bu məbləğin 200 AZN-dək olan hissəsi 10% vergidən azad edilir;
    - 18 aydan az müddətə manat depoziti yerləşdirərkən faizləri hər ay götürməyi seçsəniz, aylıq faiz gəlirinin 200 AZN-dək olan hissəsi 10% vergidən azad edilir;
    - 1 yanvar 2024-cü ilədək yerləşdirilmiş manat depozitləri üzrə bu tarixdən əvvəl əldə olunan faiz gəlirləri üçün vergi dəyişikliklərdən əvvəlki qaydada hesablanır.

Əmanət üzrə illik faiz dərəcəsi Əmanətlərin Sığortalanması Fondu tərəfindən müəyyən edilmiş qorunan əmanətlər üzrə faiz dərəcəsindən yüksək olduğu halda, müştərinin istəyinə əsasən əmanət, Əmanətlərin Sığortalanması Fondu tərəfindən müəyyən edilmiş qorunan əmanətlər üzrə faiz dərəcəsi ilə qəbul oluna bilər (bu halda müştəridən razılıq ərizəsi alınmalıdır).

Faiz dərəcələri

Depozit müddəti (aylar üzrə)Ümumi faiz gəliri
12%*
33%*
610%*
129%*
189%*
247%*
368%*

Əmanət üzrə illik faiz dərəcəsi Əmanətlərin Sığortalanması Fondu tərəfindən müəyyən edilmiş qorunan əmanətlər üzrə faiz dərəcəsindən yüksək olduğu halda, müştərinin istəyinə əsasən əmanət, Əmanətlərin Sığortalanması Fondu tərəfindən müəyyən edilmiş qorunan əmanətlər üzrə faiz dərəcəsi ilə qəbul oluna bilər (bu halda müştəridən razılıq ərizəsi alınmalıdır).