İmkanlar
Kapital Bankın “Müştəri Bank” sisteminin imkanları:
• Onlayn rejimdə hesablara nəzarət;
• Nağdsız köçürmələr:
- Filialdaxili köçürmələr
- Filiallararası köçürmələr
• Konvertasiya (nağdsız mübadilə) əməliyyatları;
• Çıxarışlar:
- Cari hesabdan çıxarışlar
- POS Terminal çıxarışları
• Əmək haqqının yüklənməsi;
• Müştərinin öhdəlikləri (kreditləri) haqqında məlumat;
• Müştərinin əmanətləri (depozitləri) haqqında məlumat;
• Müştərinin sərəncamları haqqında məlumat;
• BusinessCard-dan cari hesaba, Cari hesabdan BusinessCard-a köçürmələr;
• Kartların sifarişi, kartların uzadılması, kartların bağlanılması.
Özəlliklər
Kapital Bankın “Müştəri Bank” sisteminin özəllikləri:
• Asan və ödənişsiz qoşulma;
• “Müştəri Bank” xidmətinin əlavə proqram təminatına ehtiyacı yoxdur. Kömpüterin, internetə girişin və standard internet brauzerin olması kifayətdir;
• Sistemə dünyanın istənilən yerindən internet vasitəsilə daxil olmaq mümkündür;
• İllik heç bir xidmət haqqının olmaması;
• Xüsusi professional komanda tərəfindən daimi məsləhət və yardım xidməti;
• “Müştəri Bank” sistemi yüksək səviyyədə müdafiə olunur, ötürülən bütün məlumatlar şifrələnir, istifadəçilərin eyniləşdirilməsi (identifikasiyası) üçün elektron sertifikatlardan istifadə edilir.
Mərhələlər
Müştəri-Banka qoşulma mərhələləri:
• Müvafiq sənədlər imzalandıqdan sonra filiala təqdim edilir;
• Bankın müvafiq strukturları tərəfindən yoxlanıldıqdan sonra “Müştəri Bank” sisteminə qoşulmaq üçün Login və Şifrə müştərinin ərizə formasında qeyd etdiyi email-a göndərilir;
• Bank tərəfindən təqdim olunmuş Müştəri kodu, İstifadəçi şifrəsi və ASAN İMZA-dan istifadə etməklə sistemə daxil olursunuz və əməliyyatlarınızı icra edirsiniz.
Müştəri Bank
“Müştəri Bank” internet vasitəsi ilə hüquqi şəxs və sahibkar fiziki şəxslərə bank hesablarının real vaxt rejimində idarə etmək imkanını yaradır və ödənişlərin icra zamanını minimuma endirir.

Onlayn hesabın açılması
İstədiyiniz yerdən onlayn hesab açmaq imkanı yaratdıq! Bank filiallarına getmədən, onlayn şəkildə biznes hesabınızı aktivləşdirə bilərsiniz.

Müştərinin “Müştəri Bank” sistemində əməliyyat aparması üçün ASAN imzanın və ya “Google Authenticator” mobil tətbiqi vasitəsinin olması zəruridir.
ASAN imza və ya “Google Authenticator” mobil tətbiqi vasitəsi olmadığı halda müştəri yalnız hesablara baxış funksiyasından istifadə edə bilər.
Kapital Bank “Müştəri Bank” xidməti hüquqi şəxs və sahibkarların bank əməliyyatlarını rahatlıqla həyata keçirmələrinə imkan yaradır. İnternet bankçılıq sahib olduğu üstünlükləri ilə getdikcə populyarlıq qazanır. “Müştəri Bank” xidmətinin ən böyük üstünlüyü müştərilər üçün yaratdığı rahatlıqdır. Bu xidmət vasitəsiylə istənilən vaxt, həm də dünyanın istənilən yerindən əməliyyatlar həyata keçirmək mümkündür. “Müştəri Bank” sistemi nağdsız köçürmələr, konvertasiya əməliyyatları, əmək haqqının yüklənməsi, müştəri kreditləri haqqında məlumat, müştəri depozitləri haqqında məlumat, kartların sifarişi və s. kimi əməliyyatlar həyata keçirməyinizə imkan verir. Onlayn bankçılıq ehtiyacınız olan bank əməliyyatlarını vaxt itirmədən həyata keçirmənizə imkan tanıyaraq zaman faydası yaradır. İnternet bankçılıq xidməti istifadəçilərə ticari əməliyyatları izləmə rahatlığı verir. Qarışıq maliyyə idarəetmə sistemlərinə ehtiyac hiss etmədən onlayn şəkildə əməliyyatlarınızı incələyə bilərsiniz. Onlayn bankçılıq, mobil telefon, planşet, kompüter ilə biznesinizə onlayn şəkildə nəzarət edərək maliyyə hesablarınızı səmərəli şəkildə idarə etmənizə imkan verir. Eyni zamanda Kapital Bank yüksək təhlükəsizlik tədbirləri- ötürülən məlumatların şifrələnməsi, istifadəçilərin identifikasiyası- ilə müştəri məlumatlarının təhlükəsizliyinə təminat verir. Müştəri bank internet bankçılıq proqramına asan və ödənişsiz şəkildə qoşulmaq mümkündür. “Müştəri Bank” qeydiyyat üçün müvafiq sənədlər imzalanaraq banka təqdirm edilməlidir. Daha sonra bank tərəfindən təqdim olunmuş kod, istifadəçi şifrəsi və ASAN İMZA-dan istifadə etməklə Müştəri-bank sisteminə giriş edib xidmətin üstünlüklərindən yararlana bilərsiniz.