Biznes xidmətlər

Mobil POS
Ənənəvi POS terminalı əvəz edərək, Android mobil cihazlarından təmassız ödənişləri qəbul etmək imkanını yaradan unikal xidmət.

Necə qoşulmaq olar?

Mobil POS xidməti ilə

  • İstənilən vergi ödəyicisi nağdsız ödənişləri istənilən yerdə və zamanda öz mobil telefonlarından qəbul edə bilir. Qeyd edək ki, mobil cihazınız NFC dəstəkləyən Android əməliyyat sistemli mobil cihaz olmalıdır.
  • Bu şərtlər qorunduğu təqdirdə ödənişi növündən asılı olmayaraq (bank kartı, sticker, smart watch, Apple Pay və Google Pay) qəbul etmək mümkün olacaqdır

Üstünlükləri

  • Mobil POS ilə əlavə cihaza ehtiyac qalmır. Bununlada cihazın həm şəbəkə, həm də enerji bitməsi təhlükəsi aradan qalxır. Həmçinin, ənənəvi POS-terminaldan fərqli olaraq Mobil POS-a qoşulmaq üçün depozit məbləği tələb olunmur.

Kimlər üçün daha faydalıdır

Mobil POS bütün vergi ödəyiciləri üçün nəzərdə tutulmuşdur. Əsasən:

  • İri çatdırılma şəbəkələri olan şirkət işçilərinə (kuryer, taksi sürücüsü, yük daşıyan və s.)
  • Kiçik bizneslərə (bərbər, dərzi, aptek, ayaqqabı təmirçisi, kiosk, meyvə-tərəvəz mağazası)
  • Böyük idman və mədəniyyət tədbirlərində iştirak edən kiçik və orta biznes sahiblərinə
  • Nisbətən kiçik həcmdə kart əməliyyatlarını qəbul edən və POS əldə etməsi sərfəli olmayan mağazalara.

Tez-tez verilən suallar

Samsung, Sony, LG, Alcatel, Nokia, Xiaomi və digər brendlərin Android bazasında işləyən cihazlarının əksəriyyəti artıq NFC funksiyasını dəstəkləyir. Telefonunuzun təlimatında yoxlayın.

Bəli, VISA və MasterCard kartlarının əlavə olunduğu Apple cihazı ilə ödəniş edə bilərsiniz.

Məhdudiyyətlər yoxdur, lakin kartla ödəniş edərkən bəzi əməliyyatların keçirilməsi üçün PİN kodu daxil etməyiniz tələb oluna bilər.

Bəli, ödəniş məbləği 100 AZN-dən artıq olduqda.

Bəli, qəbz alıcının elektron poçt ünvanına və ya SMS vasitəsilə göndərilə bilər. Qəbz QR kod kimi də paylaşıla bilər.

Alıcı elektron poçt ünvanını və telefon nömrəsini satıcının cihazında daxil etməlidir.

Mobil POS texnologiyasına əsaslanan bütün həllər Visa-nın təhlükəsizlik tələblərinə cavab verir və təhlükəsizlik və düzgün işləmə üzrə sınaqdan keçirilmişdir. Çip kartla olduğu kimi, hər bir təmassız əməliyyatın aparılması zamanı birdəfəlik koddan istifadə edilir. Həmin kod ödəniş məlumatlarınızı etibarlı şəkildə qoruyur.