Biznes xidmətlər
Ümumi məlumat
Nağd pul vəsaitinin inkassasiyasına dair müqavilə bağlayaraq, Kapital Bankın inkassasiya xidməti çevik şəkildə və maliyyə risklərinin olmaması şərtilə pul vəsaitlərinizin daşınmasını təmin edir və bununla sizin əməkdaşlarınızı fərdi daşınmaya məxsus olan təhlükələrdən azad edir. Qiymətlilərin daşınması və nağd pulun inkassasiyası xüsusi zirehli nəqliyyat vasitəsilə həyata keçirilir. Əməkdaşlarımızın peşəkarlığı, müasir rabitə və mühafizə sistemləri yüksək təhlükəsizliyin təminatıdır.
Xidmətlər
Kapital Bank inkassasiya xidməti üzrə tam xidmətlər kompleksini təklif edir:
• Müştərilərin nağd pul vəsaitlərinin daşınması;
• Müştərilərin nağd pul vəsaitlərinin sayılması və hesaba köçürülməsi;
• Əmək haqlarının ödənilməsi üçün hazırlanmış nağd pulun müştərilərə çatdırılması;
• Qiymətlilərin müştərilərə çatdırılması.
Üstünlüklər
Kapital Bankda inkassasiya xidmətinin üstünlükləri:
• Qiymətlilərin miqdardan asılı olaraq çevik təriflərin təqdim edilməsi;
• Lazımı miqdarda inkassator çantalarının pulsuz verilməsi;
• Müştərinin rahatlığını nəzərə almaqla qiymətlilərin inkassasiya qrafikinin tərtib edilməsi;
• Azərbaycan Respublikası üzrə ən geniş filial şəbəkəsi;
• Müştərilərin nağd pul vəsaitlərinin sayılması və cari hesaba operativ köçürülməsi.