Biznes xidmətlər

Sənədli əməliyyatlar

Kapital Bank istər ölkə daxilində, istərsə də ölkə xaricində mövcud və yeni kontragentlər sayəsində biznesinizin inkişafı, yeni bazarlara çıxışın əldə olunması məqsədilə üçüncü şəxslər qarşısında öhdəliklərinizin icrasının təminatı üçün milli və xarici valyutalarda qarantiya və akkreditiv məhsullarını təqdim edir.

Borcalanlara qarşı tələblər:

Müştəri fərdi sahibkar və ya hüquqi şəxs olmalıdır;

Cari biznesdə ən az 6 ay fəaliyyət göstərməlidir;

Biznes mənfəətlə işləməlidir.

Qarantiyalar

Bank qarantiyaları Sizə yerli və xarici bazarlarda mövcud və yeni konrtagentlərlə əməkdaşlıqlar qurmaqla, yeni layihələrin icrasına başlamaqla biznesinizin həcmini artırmağa və yeni imkanların yaradılmasına imkan verir.

Prinsipal-Müştəri üçün üstünlükləri:

Yeni layihələrin biznesdən və ya digər mənbələrdən əlavə maliyyə resursu cəlb etmədən sifarişçi tərəfindən avans ödəniş almaqla icra olunması imkanı;

Bank qarantiyasının əsasında kontragentlərdən ticarət kreditinin götürülməsi imkanı;

Dövriyyənin daha ucuz və sərfəli maliyyə resursları hesabına artırılması;

Müqavilə öhdəliklərinin yerinə yetirilməməsi riskinin minimuma endirilməsi;

Ödənişlərin yalnız artıq göndərilmiş və qəbul olunmuş, bəzən də artıq satılmış və dəyəri alınmış məhsul və xidmətlərə görə aparılması.

Benefisiar-Müştəri üçün üstünlükləri:

Alıcının maliyyə v əziyyətinin pisləşməsi nəticəsində müqavilə öhdəliklərini yerinə yetirməməsi ilə bağlı risklərin minimallaşdırılması;

Alıcı tərəfindən müqavilə öhdəliklərinin pozulması halında tez və sadə üsulla pul vəsaitlərinin alınması

Kapital Bankın Qarantiya məhsullarından yararlanmağın üstünlükləri:

Kapital Bankın qarantiya məktublarının bütün benefisiarlar tərəfindən birmənalı olaraq qəbul olunması;

1 iş günü ərzində qarantiyaların verilməsi;

Bütün növ Bank qarantiyalarının verilməsi;

Dünyanın 1-ci dərəcəli banklarının təsdiqi ilə qarantiyaların verilməsi;

Daimi müştərilər üçün Baş saziş əsasında təsdiq olunmuş limit çərçivəsində əlavə sənədləşmə olmadan qarantiyaların verilməsi;

Bank qarantiyalarının verilməsi şərtlərinin hər bir müştəri üçün fərdi qaydada müəyyən olunması;

Qarantiyanın dəyərinin cəlb olunmuş kreditlərin dəyərindən əhəmiyyətli dərəcədə aşağı olması;

Təminatsız verilmə özəlliyi (müştərinin qənaətbəxş maliyyə vəziyyəti olduqda);

Minimal sənədlər.

Borcalanlara qarşı tələblər:

Müştəri fərdi sahibkar və ya hüquqi şəxs olmalıdır;

Cari biznesdə ən az 6 ay fəaliyyət göstərməlidir;

Biznes mənfəətlə işləməlidir.

Bank qarantiyalarının növləri:

Qarantiyalar

Tender qarantiyası

Avans qarantiyası

İcra qarantiyası

Ödəniş qarantiyası

Gömrük orqanlarına verilən qarantiya

Kredit alınması üçün verilən qarantiya

Beynəlxalq qarantiyalar

 

Bankın müştərisi olan ixracatçı şirkətlər üçün qarantiya xidmətləri:

Digər banklar (yerli və xarici) tərəfindən xeyrinizə açılmış qarantiyaların avizo olunması;

Digər banklar (yerli və xarici) tərəfindən xeyrinizə açılmış kontr-qarantiyalar əsasında qarantiya məktublarının verilməsi;

Xeyrinizə açılmış qarantiyalar üzrə Qarant banklara tələbnamələrin göndərilməsi.

Qarantiyaların alınması proseduru:

Kapital Bankın sizə yaxın olan filialına yaxınlaşırsınız və ya onlayn sifariş edirsiniz;

Təhlil üçün zəruri sənədləri təqdim edirsiniz, Bankın mütəxəssisləri tərəfindən biznesiniz təhlil olunur və qarantiya məktubunun verilməsi ilə bağlı Bank tərəfindən qərar qəbul olunur (fərdi yanaşma);

Müqavilələr rəsmiləşdirilir;

Qarantiya məktubu verilir.

Qarantiya sifarişi

Siz milli və xarici valyutada qarantiya, akkreditivləri onlayn sifariş verə bilərsiniz.

not_error
not_error
not_error

AKB razılıq ərizəsini buradan yükləyib, məlumatları doldurduqdan sonra sənədin skan versiyası və ya foto şəklini müvafiq bəndə əlavə edin

Azərbaycan Kredit Bürosu razılıq ərizəsi

not_error
+
Əlavə et / Sil

Məhsulun növü

not_error
not_error
not_error
not_error

Cari tarixə davam edən layihələri haqqında məlumat buradan yükləyib, məlumatları doldurduqdan sonra müvafiq bəndə əlavə edin

Cari tarixə davam edən layihələri haqqında məlumat

not_error
+
Əlavə et / Sil

Şirkətin dövlət Reyestrindən Çıxarışı

not_error
+
Əlavə et / Sil

Cari tarixə davam edən layihələri haqqında məlumat buradan yükləyib, məlumatları doldurduqdan sonra müvafiq bəndə əlavə edin

Cari tarixə davam edən layihələri haqqında məlumat

not_error
+
Əlavə et / Sil

Tələb olunan qarantiya üzrə Benefisiarla olan müqavilə və ona əlavələr (o cümlədən F2, F3)

not_error
+
Əlavə et / Sil

ƏDV sub uçotu hesabından çıxarış - «Son 3 il üzrə»

ƏDV sub uçotu hesabından çıxarış

not_error
+
Əlavə et / Sil

Şirkətin dövriyyəsini əks etdirən digər bank hesablarından çıxarışlar- «Son 1 il üzrə»

Şirkətin dövriyyəsini əks etdirən digər bank hesablarından çıxarışlar

not_error
+
Əlavə et / Sil

Mənfəət vergi bəyannaməsindən çıxarış – «Son 1 il üzrə»

Mənfəət vergi bəyannaməsindən çıxarış

not_error
+
Əlavə et / Sil

Ən son dövrü əhatə edən işçi statistikası

not_error
+
Əlavə et / Sil

Akkreditivlər

Akkreditiv beynəlxalq ticarətdə bağlanmış müqavilələr çərçivəsində hesablaşmaların aparılmasında eyni zamanda hər iki tərəfin maraqlarını müdafiə edən, risklərdən qoruyan unikal bank məhsuludur.

İdxalatçılar üçün üstünlükləri:

Pulu ödəyib malı/xidməti almamaq kimi riskdən azad olur;

Sənədlərin düzgünlüyü bir neçə bank tərəfindən yoxlanılır;

Alınmış malların çatdırılması zamanı gecikmələrə yol verilmir, akkreditivin şərtlərində göstərilmiş müddətdə mallar alınır.

İxracatçılar üçün üstünlükləri:

Malı/xidməti göndərib, müqabilində pulu almamaq riski minimuma enir;

Pulun alınması zamanı gecikmələrə yol verilmir, akkreditivin şərtlərində göstərilmiş müddətdə malın dəyəri ödənilir;

Müştəri ilə münasibətlərin yeni qurulmasından irəli gələn risklər aşağı düşür.

Kapital Bankın Akkreditiv məhsullarından yararlanmağın üstünlükləri:

Dünyanın 1-ci dərəcəli banklarının təsdiqi ilə akkreditivlərin açılması;

Bütün növ akkreditivlərin açılması;

Postmaliyyələşmə vasitəsilə ödənişlərin aparılmasında daha sərfəli şərtlərlə əlavə vaxtın verilməsi;

Baş saziş əsasında təsdiq olunmuş limit çərçivəsində əlavə sənədləşmə olmadan mütəmadi olaraq akkreditivlərin açılması;

Akkreditivlərin açılması şərtlərinin hər bir müştəri üçün fərdi qaydada müəyyən olunması;

Akkreditivlərin dəyərinin cəlb olunmuş kreditlərin dəyərindən əhəmiyyətli dərəcədə aşağı olması;

Təminatsız verilmə özəlliyi (müştərinin qənaətbəxş maliyyə vəziyyəti olduqda);

Minimal sənədlər.

Borcalanlara qarşı tələblər:

Müştəri fərdi sahibkar və ya hüquqi şəxs olmalıdır;

Cari biznesdə ən az 6 ay fəaliyyət göstərməlidir;

Biznes mənfəətlə işləməlidir.

Akkreditivlərin növləri:

Geri çağırılmayan akkreditiv;

Təsdiqli akkreditivlər (1-ci dərəcəli dünya banklarının təsdiqi ilə);

Köçürülə bilən akkreditiv;

Revolver akkreditiv;

Ehtiyat akkreditivi (stand-by).

Akkreditivlərin açılması proseduru:

Kapital Bankın sizə yaxın olan filialına yaxınlaşırsınız və ya onlayn sifariş edirsiniz;

Təhlil üçün zəruri sənədləri təqdim edirsiniz, Bankın mütəxəssisləri tərəfindən biznesiniz təhlil olunur və akkreditivin açılması ilə bağlı Bank tərəfindən qərar qəbul olunur (fərdi yanaşma);

Müqavilələr rəsmiləşdirilir;

Akkreditiv açılır.

İnkasso

Kapital Bank həmçinin inkasso üzrə xidmətləri təklif edir və onun icrasını təmin məqsədilə ixracatçının tapşırığı ilə müvafiq hesablaşma, əmtəə və maliyyə sənədləri əsasında mallar üçün ödənişləri almaq öhdəliyini üzərinə götürür. İnkasso hesablaşmalar növü müştəriyə etibarlı və sürətli hesablaşmalar imkanını yaradır.