05 Sentyabr 2010
aze   eng   rus
Bank haqqında
Fiziki şəxslər
Hüquqi şəxslər
Online ödəmələr
Müxbir Banklar
Maliyyə hesabatları
Xidmət şəbəkəsi
Xəbərlər arxivi
Sual-cavab
Əlaqə


Məzənnə            02.09.2010
Alış Satış
USD 0.8021     0.8057 
EUR 1.0230  1.0450
GBP 1.2356  1.2500 
RUR  0.0254     0.0268     



Məzənnə konvertoru
0




Hüquqi şəxslər - İnkasassiya

Kapital Bank inkassasiya xidməti üzrə tam xidmətlər kompleksini təklif edir:
  • müştərilərin nağd pul vəsaitlərinin daşınması
  • müştərilərin nağd pul vəsaitlərinin sayılması və hesaba köçürülməsi
  • əmək haqlarının ödənilməsi üçün hazırlanmış nağd pulu müştərilərə çatdırılması
  • qiymətlilərin müştərilərə çatdırılması

Kapital Bankda inkassasiya xidmətinin üstünlükləri:

  • qiymətlilərin miqdardan asılı olaraq çevik tərifləri təqdim edilməsi
  • lazımı miqdarda inkassator çantalarının pulsuz verilməsi
  • müştərinin rahatlığını nəzərə almaqla qiymətlilərin inkassasiya qrafikinin tərtib edilməsi
  • Azərbaycan Respublikası üzrə ən geniş filial şəbəkəsi
  • müştərilərin nağd pul vəsaitlərinin sayılması və cari hesaba operativ köçürülməsi

Nağd pul vəsaitinin inkassasiyasına dair müqavilə bağlayaraq, Kapital Bankın inkassasiya xidməti çevik şəkildə və maliyyə risklərinin olmaması şərtilə pul vəsaitlərinizin daşınmasını təmin edir və bununla sizin əməkdaşlarınızı fərdi daşınmaya məxsus olan təhlükələrdən azad edir. Qiymətlilərin daşınması və nağd pulun inkassasiyası xüsusi zirehli nəqliyyat vasitəsilə həyata keçirilir. Əməkdaşlarımızın peşəkarlığı, müasir rabitə və mühafizə sistemləri yüksək təhlükəsizliyin təminatıdır.

Müəssisə və təşkilatlardan nağd pulun inkassasiya edilməsi

İnkassasiya xidməi müqavilə əsasında göstərilir. Bank qiymətliləri toplamaq üçün müəssisəyə pulsuz istifadə olunmaqla lazımi miqdarda inkassator çantası təhkim edir. Bank qarşılıqlı razılaşma əsasında müəyyən edilmiş günlərdə və saatlarda (qiymətlilərin inkassasiya qrafiki müqaviləyə əlavə edilir) Müəssisənin kassalarından müvafiq qaydada qablaşdırılmış qiymətliləri toplamağı, daşımağı, onun yenidən sayılmasını təşkil etməyi və sayılmış vəsaitin müəssisənin hesabına köçürülməsini təmin edir.İnkassator çantaları müəyyən olunmuş qaydada qəbul edildiyi andan Bank onun salamatlığı üçün müəssisə qarşısında məsuliyyət daşıyır. Çantalar açılarkən çatışmamazlıq və ya artıq gəlmə halları olduqda, habelə saxta, yaxud ödəmə qabiliyyəti olmayan əskinaslar və sikkə aşkar edildikdə bank bu barədə iki nüsxədən ibarət akt tərtib edir. Aktı Bankın kassiri və nəzarətçisi, həmçinin Müəssisənin nümayəndəsi (əgər qiymətlilərin yenidən sayılmasında iştirak etmişsə) imzalayır. Aktın bir nüsxəsi Müəssisəyə göndərilir, ikinji nüsxə Bankda qalır. Hər çanta üçün surətçıxaran kağız qoymaqla üç nüsxədən ibarət müşaiyət jədvəlinin səliqəli və aydın (çantaya qoyulmuş qiymətlilərin əskinaslar üzrə siyahısı və çantanın nömrəsi göstərilməlidir) doldurulmasını və imzalanmasını Müşayət jədvəlin birinji nüsxəsinin çantaya qoyulur, çantanın plomblanmasını, fotoşəkil olan xidməti vəsiqənin diqqətlə yoxlanılır, inkassatora qiymətliləri qəbul etmək hüququ verən etibarnaməni, habelə bankın inkassasiya xidmətinin möhürü ilə təsdiqlənmiş məlumat vərəqəsini təqdim etdikdən sonra çantanı qaimə ilə birlikdə inkassatora verilir. Qiymətliləri təhvil verən şəxs tərəfindən inkassatorların müşaiyət jədvəlindəki imzasını onun xidməti vəsiqədəki imzası ilə tutuşdurulur və müəssisəyə təhkim edilmiş boş çantaların inkassatordan alınır.