08 Sentyabr 2010
aze   eng   rus
Bank haqqında
Fiziki şəxslər
Hüquqi şəxslər
Online ödəmələr
Müxbir Banklar
Maliyyə hesabatları
Xidmət şəbəkəsi
Xəbərlər arxivi
Sual-cavab
Əlaqə


Məzənnə            08.09.2010
Alış Satış
USD 0.8022     0.8066 
EUR 1.0138  1.0353
GBP 1.2318  1.2462 
RUR  0.0251     0.0267



Məzənnə konvertoru
0




Hüquqi şəxslər - Depozitlər

Kapital Bank hüquqi şəxslərə sərbəst vəsaitlərini depozit hesablarda yerləşdirmək üçün öz xidmətlərini təklif edir. Bank əmanətlərin məxfiliyini və toxunulmazlığını təmin edir. Depozit müqaviləsinə uyğun olaraq, Bank xarici və yerli valyutada yerləşdirmiş depozitlərə faizlər hesablayır. Kapital Bank hüquqi şəxslərə 1 aydan 12 aya kimi qisamüddətli və 1 ildən çox uzunmüddətli depozitlərə vəsaitləri yerləşdirmək təlifini edir.

Vasaitləri yerləşdirmək üçün tələb olunan sənədlər

Bankın müştərisi olmayanlar üçün:

  • Depozit hesabının açılması üçün ərizə;
  • Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyat haqqında şəhadətnamə (original və ya notarial qaydada təsdiq olunmuş surəti);
  • Təşkilatın nizamnaməsi (original və ya notarial qaydada təsdiq olunmuş surəti);
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyində qeydiyyat haqqında şəhadətnamə (original və ya notarial qaydada təsdiq olunmuş surəti);
  • Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində qeydiyyat haqqında şahadətnamə (original və ya notarial qaydada təsdiq olunmuş surəti);
  • Azərbaycan Respublikasının Dövlət Pensiya Fondunda qeydiyyat haqqında şəhadətnamə (original və ya notarial qaydada təsdiq olunmuş surəti).

Bankın müştəriləri olanlar aşağıdakı sənədləri təqdim edir:

  • Depozit hesabının açılması üçün ərizə ;
  • Azərbaycan Respublikasının Vergilər Nazirliyində qeydiyyat haqqında şəhadətnamənin dublikatı;
  • Azərbaycan Respublikasının Dövlət Pensiya Fondunda qeydiyyat haqqında şəhadətnamənin dublikatı.