08 Sentyabr 2010
aze   eng   rus
Bank haqqında
Fiziki şəxslər
Hüquqi şəxslər
Online ödəmələr
Müxbir Banklar
Maliyyə hesabatları
Xidmət şəbəkəsi
Xəbərlər arxivi
Sual-cavab
Əlaqə


Məzənnə            08.09.2010
Alış Satış
USD 0.8022     0.8066 
EUR 1.0138  1.0353
GBP 1.2318  1.2462 
RUR  0.0251     0.0267



Məzənnə konvertoru
0




Hüquqi şəxslər - Hesablaşma-kassa xidməti

Êàpital Bank universal bank olaraq, hüquqi şəxslərə - rezident və qeyri- rezidentlərə hesablaşma-kassa xidməti üzrə tam xidmətlər kompleksini təklif edir. Êàpital Bankın Azərbaycan Respublikası ərazisi üzrə geniş filial və şöbə şəbəkəsinə (89 filial, 6 müstəqil şöbə və 50 şöbə) və həmçinin Citibank NA, American Express Bank, Commerzbank AG, KBS BANK NV, JSC Avtobank, Banque de Commerce åt de Placements, Parex Bank, PrivatBank kimi dünya miqyaslı banklarla müxbir hesabları vasitəsilə sıx əlaqələrə malik olması müştərilərə sürətli və keyfiyyətli hesablaşma-kassa xidmətləri göstərməyə imkan verir.

Êàpital Bank aşağıdakı hesablaşma-kassa xidmət növlərini təklif edir:
 
• Milli və xarici valyutada bank hesablarının açılması,aparılması;
• Konvertasiya əməliyyatları;
• Respublikı ərazisi üzrə və xaricə adi və sürətli köçürmələr, bank köçürmələri;
• Həyata keçirilmiş əməliyyatlar və hesablar üzrə çıxarışların verilməsi;
• Gün ərzində nəğd pulun müştəri tərəfindən bankın kassalarına təhvili və eyni zamanda müştərinin hesabına qəbul edilməsi,hesabdan nəğd vəsaitin çıxarılması;
• İcra olunmuş beynəlxalq köçürmələrin axtarılması;
• Ödəniş tapşırığının icra edilməsinin təsdiqi;
• Müştərinin nəğd vəsaitlərinin inkassosu


Hüquqi şəxslər üzrə hesablaşma hesabının açılması üçün tələb olunan sənədlər:

• Hesabın açılması üçün hüquqi şəxsin rəhbərliyi tərəfindən imzalanmış ərizə;
• Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyat haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti;
• Hüquqi şəxsin Nizamnaməsinin əsli və ya notarial qaydada təsdiq edilmiş surəti;
• Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyat haqqında şəhadətnamə-dublikatın əsli;
• Dövlət Statistika Komitəsində qeydiyyat haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti;
• DSMF-da qeydiyyata alınma haqqında bildirişin əsli;
• Notarial qaydada təsdiq edilmiş möhürün əksi və imza nümunələri, Imza hüququ olan şəxslərin şəxsiyyətini təsdiq edən sənəd.