05 Sentyabr 2010
aze   eng   rus
Bank haqqında
Fiziki şəxslər
Hüquqi şəxslər
Online ödəmələr
Müxbir Banklar
Maliyyə hesabatları
Xidmət şəbəkəsi
Xəbərlər arxivi
Sual-cavab
Əlaqə


Məzənnə            02.09.2010
Alış Satış
USD 0.8021     0.8057 
EUR 1.0230  1.0450
GBP 1.2356  1.2500 
RUR  0.0254     0.0268     



Məzənnə konvertoru
0




Hüquqi şəxslər - Sənədli əməliyyatlar

Kapital Bank hüquqi şəxslərə sənədli əməliyyatlar üzrə milli və xarici valyutada tam xidmət paketini təklif edir :  

  • Sənədli akkreditiv;
  • İnkasso;
  • Bank zəmanəti.

Akkreditivlər 

Kapital Bank dünyanın məşhur bankları olan - Citibank N.Y., American Express Bank, Commerzbank AG, HSBC Bank, KBC Bank, Banque de Commerce et de Placements, Parex, PrivatBank - ilə əməkdaşlıq edərək, hüquqi şəxslərə bu banklar tərəfindən ekkreditivin təsdiqini təklif edir. Nağdsız beynəlxalq hesablaşma növlərindən biri olan ekkredetiv alıcının tapşırıqı əsasında satıcının xeyrinə edilmiş ödəməyə dair öhdəlikdir. Bu öhdəlik akkreditibin şərtlərinə uyğun olan sənədlərin Bankda vaxtında təqdim olunması şərtilə heyata keçirilir. Sənədli akkreditiv ticarət risklərini minimuma endirmək imkanını yaradaraq, mallar və ya xidmətlər üçün etibarlı ödəniş vasitəsidir.   

Kapital Bank akkreditiv üzrə aşağıdaki sənədli xidmətləri təklif edir:

  • Akkreditivin açılması;
  • Akkreditivin avizolanması;
  • Akkreditivin təstiqi;
  • Akkreditivin köçürülməsi (transferi);
     

Kapital Bank aşağıdaki sənədli akkreditiv növlərini  təklif edir:

  • Geriyə çağırılan akkreditiv; 
  • Geriyə çağırılmayan akkreditiv;
  • Təstiq olunmuş akkreditiv;
  • Təstiq olunmamış akkreditiv;
  • Transferli akkreditiv;
  • Revolver akkreditiv;
  • Rezerv akkreditiv.

Müştəri-alıcı (aplikant) akkreditivi istifadə edildikdə aşağıdaki üstünlüklər əldə edilir:

  • Satıcı yaınız akkreditivi şərtlərini yerinə yetirdiyi halda malların (xidmətlərin) ödənilməsinə dair zamanət;
  • Akkreditivin şərtlərinə və akkreditivdə göstərilən müddətə uyğun olaraq malların (xidmətlərin) alınmasına dair əminlik .

Müştəri-satıcı (benefisar) akkreditivi istifadə etdikdə aşağıdaki üstünlükləri əldə edir:

  • Akkreditivin şərtlərinə və akkreditivdə göstərilən müddətə uyğun olaraq malların (xidmətlərin) ödənişinə dair əminlik;
  • Çevik hesablaşmalar sistemini istifadə edərək, bir neçə əməliyyatların keçirilməsi imkanı.

İnkasso 

Kapital Bank inkasso üzrə xidmətləri təklif edir və onun icrasını təmin məqsədilə ixracatçının tapşırığı ilə müvafiq hesablaşma, əmtəə və maliyyə sənədləri əsasında mallar üçün ödənişləri almaq öhdəliyini üzərinə götürür. İnkasso hesablaşmalar növü müştəriyə etibarlı və sürətli hesablaşmalar imkanını yaradır. 

Zəmanətlər 

Kapital Bank hüquqi şəxslərə bank zəmanətləri sahəsində çeşidli xidmətlər təklif edir. Bu zamanətlər zamin-bankın yazılı ödəmə tələbi və müqavilədə göstərilən digər sənədlər əsasında ödəmələr etmək öhdəliyi deməkdir. Bank zəmanətlərinin istifadəsi satıcıya mallar və xidmətlər üçün ödəmənin zəmanət və alıcı üçün zəmanət dövrünü əhatə edən ödəmənin təxirə salması imkanını yaradır.