05 Sentyabr 2010
aze   eng   rus
Bank haqqında
Fiziki şəxslər
Hüquqi şəxslər
Online ödəmələr
Müxbir Banklar
Maliyyə hesabatları
Xidmət şəbəkəsi
Xəbərlər arxivi
Sual-cavab
Əlaqə


Məzənnə            02.09.2010
Alış Satış
USD 0.8021     0.8057 
EUR 1.0230  1.0450
GBP 1.2356  1.2500 
RUR  0.0254     0.0268     



Məzənnə konvertoru
0




Hüquqi şəxslər - Kreditlər

Korporativ müştərilərin kreditləşməsi

Sosial yönümlü bank olaraq iqtisadiyyatın real sektorunun inkişafını prioritet istiqamət kimi seçən Kapital Bank müəssisə və təşkilatlara müxtəlif kredit xidmətləri təklif edir.

Kiçik və orta biznesə kreditlər

Sizin kiçik və ya ortahəcmli biznesiniz var. Siz onu inkişaf etdirmək niyyətindəsiniz. Belə olduğu halda Kapital Bank sizə yardımçı ola bilər.

Sosial layihələrdə iştirak edən Kapital Bank kiçik və orta biznesin inkişafını üçün kreditlər verir. Bu kreditlər Azərbaycan Respublikasının bütün  ərazisində verilir və Sahibkarlığa kömək Milli Fondun vəsaitləri hesabına həyata keçirilir. Kreditlər respublikada ən aşağı faiz dərəcəsilə və 5 ilə qədər müddətə verilir.

Siz krediti aşağıda göstərilən məqsədlər üçün ala bilərsiniz:

  • əlavə məhsul almaq;
  • yeni avadanlıq almaq və ya onu modernləşdirmək,
  • ticarət sahəsini genişləndirmək;
  • yeni bazarlara daxil olmaq; 
  • digər yatırımlar etmək

Kreditləşmənin şərtləri:

  • Kreditlər üzrə borcların ödənilməsi 12 aya qədərdir
  • Kreditlərin valyutası - AZN və ya Dollar

Bütün kreditlər girovla təmin olunur və girovlar siğortalanır. Kredit üzrə borc ödənilmədikdə kredit verən məhkəməyə müraciət edərək girov kimi saxlanılan əmlaka dair qanuni tələblər irəli sürür.

Kredit almaq üçün proseduralar:

Kredit almaq üçün ərizə, biznes-plan və son 2 ili əhatə edən maliyyə-təsərrüfat arayışı tələb olunur. Filialların müsbət rəyini qazanmış kredit müraciətləri Kapital  Bankın Baş Ofisindəki Kredit Komitəsinə müzakirə üçün çıxarılır. Kredit Komit'si kreditin verilməsinədair qərar qəbul edir (kredit alanın adı, kreditin məqsədi, müddəti, məbləği, qirov və kredit üzrə faizlər göstərilməklə). Qərar kredit siyasətinin  əsas prinsipləri və qaydaları əsasında qəbul edilir.

Sonrakı mərhələlərdə kredit üzrə borcun tam ödənildiyinə qədər kredit üzrə xidmət və menecment təmin edilir.

Kredit xətti

Kredit xətti razılaşdırılmış limit çərçivəsində kreditin mərhələlərlə istifadəsini nəzərdə tutur. Kreditin və ya onun hissəsinin ödənilməsindən sonra müvafiq həcmdə azad limitin bərpası baş verir. Bununla əlaqədar kredit xətti həm biznes-layihələrin maliyyələşdirilməsində, həm də müəssisələrin dövriyyə kapitalının cari ehtiyacları üçün istifadə oluna bilər. Kredit xəttinin istifadə müddəti əksər hallarda 1 ilə bərabərdir. 

Ticərət kreditləri və dövriyyə kapitalının artması üçün verilən kreditlər

Ticərət kreditləri və dövriyyə kapitalının artması üçün verilən kreditlərmaterialların və xəm malın alınması üçün verilir.

İnvestisiya kreditləri

Müəssisəıərin investisiya fəaliyyətinə təkan vermək məqsədi ilə onlara investisiya kreditləri ayrılır. İnvestisiya kreditləri tikinti, modernləşdirmə, rekonstruksiya, yeni fəaliyyət növləri, dövriyyə kapitalının çoxalması, avadanlıq almaq və digər istiqamətlər üçün 5 il müddətinə qədər verilir.

Kreditin məbləği layihənin həcmi və hüquqi şəxsin maliyyə durumundan asılıdır. İnvestisiya kreditləri o şərtlə verilir ki, layihənin 30% kredit alanın öz vəsaiti hesabını ödənilir. Kredit borcu istənilən fəaliyyət növü hesabına ödənilə bilər. İnvestisiya kreditinin müddəti layihənin özünü doğruldması amili ilə bağlıdır.

Overdraft

Kredit növlərindən biri də overdraftdır. Overdraft qısamüddətli kredit olaraq, müştərinin cari hesabında olan məbləğin qalığından çox məbləğin kredit verilməsi olaraq, bankın daimi və etibarlı müştərilərinə ayrılır. Overdraft bankın müştərilərinə dövriyyə vəsaitinin müvəqqəti çatışmamazlığını aradan qaldırmaq imkanını yaradır.

Bank müştərinin hesabında vəsait olmadığı halda overdraft vasitəsilə və öncədən razılaşdırılmış məbləğ çərçivəsində müştəri üçün ödəmələr edir və ödəmə tapşırıqlarını yerinə yetirir.

Kredit üçün təqdim edilən sənədlər:

  • Ərizə 
  • Maliyyə-təsərrüfat fəaliyyətinə dair hesabat 
  • Biznes-plan 
  • Audit yoxlamanın hesabatı  
  • Vergi yoxlamalarına dair aktın süratı 
  • Nizamnamə və qeydiyyat sənədinin notarial qaydada təsdiq olunmuş sürəti, ticarət təşkilatlarının dövlət reyestrindən çıxarış (Ədliyyə Nazirliyindən) 
  • Təşkilat rəhbərinin və mühasibinin imza nümunələri 
  • Müvafiq rəhbər qurumun və ya təsisçi vəkilinin kredit almaq barədə qərarı 
  • Hesablarda qaliq və digər banklarda kredit borclarına dair arayış 
  • Kreditin məqsədli olmasını təstiq edən sənədlər

Kreditin təminatı

Kredit verildikdə aşağıdakı təminat növlərindən istifadə olunur:

  • Kredit alanın maliyyə aktivləri  
  • Daşınan və daşınmaz əmlakı 
  • Əsas vəsaitləri 
  • Mal-material ehtiyatı  
  • Qiymətli kağızlar 
  • Aparıcı bankların zəmanəti  
  • Müəssisə və təşkilatların zəmanəti  
  • Üçüncü şəxslərin maliyyə (əmlak) zəmanəti