Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 sentyabr 2006-cı il 196 saylı Qərarına əsasən "Azərbaycan Respublikasının 2001-ci il Dövlət daxili uduşlu istiqrazlarının buraxılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 26 dekabr tarixli 229 nömrəli qərarı ilə buraxılmış Dövlət daxili uduşlu istiqrazlarının satılması və uduş tirajlarının keçirilməsi 2006-cı il 16 noyabr tarixdən dayandırılmışdır. Uduşa düşmüş istiqrazlar və öz dəyərində (nominalı) ödənilmək üçün uduşa düşməyən istiqrazlar 2011-ci il iyulun 1-nə qədər təqdim oluna bilər. Göstərilən vaxt keçdikdən sonra ödənilmək üçün təqdim edilən istiqraz vərəqələri öz qüvvəsini itirmiş hesab edilir.
15 fevral 2006-cı il tarixdə 41-ci uduş tirajı - Əli-Bayramlı şəhərində;
30 mart 2006-cı il tarixdə 42-ci uduş tirajı - Bərdə rayonunda;
15 may 2006-cı il tarixdə 43-cü uduş tirajı - Neftçala rayonunda;
30 iyun 2006-cı il tarixdə 44-cü uduş tirajı - Qəbələ rayonunda;
15 avqust 2006-cı il tarixdə 45-ci uduş tirajı - Oğuz rayounda;
30 sentyabr 2006-cı il tarixdə 46-cı uduş tirajı - Astara rayonunda;
15 noyabr 2006-cı il tarixdə 47-ci uduş tirajı - Biləsuvar rayonunda;
30 dekabr 2006-cı il tarixdə 48-ci uduş tirajı - Bakı şəhərində.
2005-ci ildə keçirilən tirajların arxivi