05 Sentyabr 2010
aze   eng   rus
Bank haqqında
Fiziki şəxslər
Hüquqi şəxslər
Online ödəmələr
Müxbir Banklar
Maliyyə hesabatları
Xidmət şəbəkəsi
Xəbərlər arxivi
Sual-cavab
Əlaqə


Məzənnə            02.09.2010
Alış Satış
USD 0.8021     0.8057 
EUR 1.0230  1.0450
GBP 1.2356  1.2500 
RUR  0.0254     0.0268     



Məzənnə konvertoru
0




Bank haqqında - İH Sədrinin səhifəsi

                                                                           Kapital Bankın İdərə Heyəti sədrinin müraciəti

                                                                              Hörmətli səhmdar, müştərilər və həmkarlar

Bütün kollektiv adından böyük qürur hissi ilə qeyd etmək istəyirəm ki, 2008-cı ildə də Kapital Bank dinamik inkişafını davam etdirmiş, ciddi uğurlar qazanmış və strateji məqsədlərinə nail olunması istiqamətində mühüm addımlar atmışdır.

 

2008-cı ildə Bankın maliyyə göstəriciləri üzrə pozitiv nəticələr əldə edilmişdir. Bankın əsas göstəriciləri üzrə bazar payı qorunub saxlanılmış və mövqeyinin daha da gücləndirilməsinə nail olunmuşdur.Son illər ərzində biz likvidliyi 50-70%- dən aşağı səviyyədə saxlamırıq və bu, Milli Bankın 30%-lik normativindən yüksəkdir. 2008-ci ilin sonuna Bankın aktivləri 577950 manat təşkil etmişdir, gəlirləri isə ötən ilə nisbətən 68% artmışdır. 


Bankın özəlləşdirilməsi  istiqamətində atılan konkret addımlar, fəaliyyət dairəsinin genişləndirilməsi və pozitiv maliyyə nəticələri nüfüzlu beynəlxalq reytinq agentlikləri tərəfindən banka verilmiş reytinqin artmasında özünü göstərmişdir. Belə ki, "Fitch Ratings" şirkəti Kapital Bankın fəaliyyətini kifayət qədər yüksək qiymətləndirmiş və ona uzunmüddətli (RDE) "B+"  və reytinq proqnozunu “stabil” kimi müəyyənləşdirmişdir. Korporativ biznesin inkişafı davam etdirərək Bank milli iqtisadiyyatın real sektorunun kreditləşdirilməsində mövqeyini daha da möhkəmləndirmişdir. Qeyd edmək lazımdır ki, regionların inkişafına yönəldilmiş maliyyə layihələrində iştirak daim Bankın diqqət mərkəzində olmuşdur. 2008-cı il ərzində "Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət proqramı (2004-2008-ci illər)" çərçivəsində, Sahibkarlığa Kömək Milli Fondundan ayrılmış vəsait və həmçinin Bankın öz resursları hesabına regionların inkişafı istiqamətində kreditlər verilmişdir. 


Kapital Bank fiziki şəxslərin müddətli əmanətləri sektorunda lider banklardan biridir. Ötən il ərzində Bank ən müxtəlif müştəri qruplarının təlabatına cavab verən bir neçə adda depozit məhsulları ilə bazara çıxmış və uğurlu nəticələr əldə etmışdir.


"Azərbaycan Respublikasında dövlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2003-cü il tarixli 908 nömrəli Fərmanının 6-cı bəndinin icrasını təmin etmək məqsədilə Respublikanın şəhərlərində və rayon mərkəzlərində pensiyaların və pensiyalara əlavə olunan müavinətlərin plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminə keçidin tətbiqinin təşkili ilə bağlı keçirilmiş tenderdə 28 rayonu ehatə edən 4 lot üzrə qalib elan edilmiş Kapital Bank bütünlüklə öhdəsinə düşmüş vəzifəni yerinə yetirmişdir.  Respublikanın bu rayonları üzrə 118 min pensiyaçının pensiyaları və onlara əlavə olunan müavinətlərin ödənişi Bankın plastik kartları vasitəsilə həyata keçirilmişdir. 2008-cı il ərzində əlavə bankomatlar quraşdırılaraq onların sayı 01 yanvar 2009-ci il tarixə 298-ə çatdırılmışdır. Əlavə olaraq POS-terminallar quraşdırılaraq 469 ədədə çatdırılmışdır. Bankın aktiv plastik kartlarının sayı  1721386 ədədə çatdırılmışdır. Kapital Bank bu sahədə liderdir.

 

Müasir bank xidmətini informasiya texnologiyasının son nailiyyətlərinin tətbiq etmədən təsəvvür etmək mümkün deyilidir. Biz bu məsələni hər zaman diqqət mərkəzində saxlayırıq. Bu sahə Bankın Strateji inkişaf konsepsiyasının əsas hissəsindən biridir və İnformasiya Texnologiyaları departamenti tərəfindən  "Kapital Bankın İnformasiya Texnologiyaları sahəsi üzrə 2006-2008-ci illər üçün Strateji Planı" hazırlanmış və Bankın İdarə Heyəti tərəfindən təsdiq edilmişdir. Hazırda bu plan müvəffəqiyyətlə həyata keçirilir.


Bank əməliyyatların avtomatlaşdırılması, Respublikanın bütün ərazisində və dünyanın istənilən yerindən internet vasitəsilə real vaxt rejimdə bank əməliyyatlarının aparılmasə üçün "İ-Flex solutions LTD" şirkəti tərəfindən müvafiq işlər görülmüşdür.  Artiq bu system tamamilə işə salınmışdır. Kapital Bank özünün prosesinq sistemini də yaratmışdır. Bu sistemin çox qısa zamanda quraşdırılmasında İT departamentimizin əməyi böyükdür. Prosesinq sistemi ilk mərhələdə öz kaptlarımıza və sonrakı mərhələlərdə digər bankların kartlarına xidmət göstərmək imkanına malikdir.      


Bank korporativ idarəetmə prinsiplərini işində tətbiq edərkən bu prinsiplərin əsasında müştəri və bankın bərabərhüquqlu əlaqəsini nəzərdə durur. Buç həm də, hər şeydən əvvəl, müştərilərin və xarici investorların Bank haqqında informasiya əldə edilməsi imkanının genişləndirilməsi, onun işinin  şəffaflığının və korporativ məsuliyyətinin artırılması deməkdir. Bank qərarların qəbul edilməsində daim kollegiallıq prinsiplərinə tiayət edir, mütəmadi olaraq KİV və digər vasitələrlə müştərilərinə və ictimaiyyətə fəaliyyətinin nəticələri və bankda baş verən diqqətəlayıq hadisələr barədə məlumatlar verir. Bu prinsipləri həyata keçirərkən Bank biznesin şəffaflığı məsələsinə, işçi heyətinin təlimləndirilməsi, müştərinin təlabatının ödənilməsinə  yönədilmiş yüksək səviyyədə xidmətin göstərilməsinə və daxili nəzərətin gücləndirilməsinə xüsusi fikir vermişdir.

Kapital Bank respublikanın bütün regionlarında fəaliyyət göstərən ən iri filial şəbələsinə malikdir. Bu strateji üstünlük banka öz müştərilərinə daha yaxın və onlara sərfəli şərtlərlə yüksək bank xidməti göstərməyə imkan verir. Filialların texniki təhcizatı, xidməti ən yüksək səviyyədə saxlanılması daim rəhbərliyin diqqət mərkəzindədir. Bank filiallarda işin keyfiyyətinin və səmərəsinin artırılması istiqamətində yeni, müasir idarəçilik metodlarından müvaffəqiyyətlə istifadə edir. Filiallar arasında korporativ etika qözlənilməklə sağlam rəqabət təşkil olunmuşdur. 2008-cı ilin yekunları ilə əlaqədar bir sıra  nominasiyalarda ən yaxşı filiallar mükafatlandırılmış, onların bu və başqa  sahədə iş təcrübəsi digər filiallara da tətbiq edilmişdir. Mükafatlandırma mərasimi yerli KİV tərəfindən daim izlənilir. Maddi mükafatlandırma ilə yanaşı belə metodların tətbiq edilməsi göstərmişdir ki, işin səmərəliliyinin artırılmasında bu metodların tətbiqi tasirili nəticələr verir. Artıq bu, Bankda ənənəyə çevrilmişdir. 


Sonda demək istərdim ki, cəmiyyətimizdə, eləcə də iqtisadiyyatda əldə edilmiş bütün müsbət nəticələr ümummilli liderimiz Heydar Əliyev tərəfindən əsası qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə bu gün də davam etdirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində nail olunmuşdur. Bu, başlıca nailiyyətimizdir.


Hamınızı əmin edirəm ki, Kapital Bankın kollektivi ölkəmizin iqtisadi çiçəklənməsi naminə bütün səylərini səfərbər edib, yeni nailiyyətlər əldə edəcəkdir.